adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2018 12:11
8528
İDMAN
A- A+

Mxitaryana Bakıya gəlmək üçün viza veriləcəkmi? - XİN-dən açıqlama

"Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər".

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin "Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya - "Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

"Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, - deyə H.Hacıyev əlavə edib.