adalet.az header logo
  • Bakı 18°C
02 Sentyabr 2018 10:09
12849
DÜNYA
A- A+

Türkiyə və Qırğızıstan arasında 12 sənəd imzalanıb

Qırğızıstan və Türkiyə 10-dan çox sənəd imzalayaraq ikitərəfli əməkdaşığı gücləndirib.

Trend-in "Kabar" agentliyinə istinadən verdiyi məlumata əsasən, imzalama mərasimi "Ala-Arça" dövlət iqamətgahında, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutub.

İmzalanan 12 sənəd mədəniyyət, tibb, təhsil, hərbi, iqtisadi, gömrük, aviasiya və digər sahələrə aiddir.