adalet.az header logo
  • Bakı 20°C
02 Sentyabr 2018 11:07
7173
MƏMLƏKƏT
A- A+

Bakının bu hissəsində içməli suyun verilişındə fasilə yaranıb

Xətai rayonunda içməli suyun verilişındə fasilə yaranıb.

Bu barədə Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O qeyd edib ki, buna da səbəb ərazidə baş vermiş qəzadır:

"Şıxlınski küçəsində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Mehmandarov və Şıxlınski küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb". "Azərsu"ASC yaranmış narahatlığa görə vətəndaşlarda nüzr istəyir.