adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2018 14:17
12756
MƏMLƏKƏT
A- A+

Rafael Cəbrayılov:“İslam dini elmi şəkildə öyrənilməlidir!”

Azərbaycanda həyata keçirilən dini sisayət zaman-zaman öz müsbət nəticələrin verməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli”elan olunması eyni zamanda İllahiyyat İnstitutunun yaradılması haqqında sərəncam bunu deməyə əsas verir ki, Azərbaycan dini dəyərlərə, İslam dinin düzgün təbliğinə olduqca ciddi önəm verir.

Milli Məclisin deputatı Rafael Cəbrayılov ölkədə İllahiyyat İnstitutunun yaradılması məsələsinə öz münasibətini bildirib. Qeyd edib ki, təhsil müəssisələri yaratmaqla gənclərin təhsil alması, elm öyrənməsi nəinki müsbət bir haldır, eyni zamanda Allahın bəyəndiyi və Qurani Kərimin buyurduğu bir əməldir: "Saf niyyətlə təhsil almaq, elm öyrənmək cihaddır. Allahın halal buyurduğu bütün əməllərin saf niyyətlə edilməsi və bu istiqamətdə aparılan mübarizə cihad hesab olunur. Bu baxımdan ölkə prezidenti  Cənab İlham Əliyev tərəfindən 9 fevral 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması hamı tərəfindən dəstəklənən və bəyənilən addım olmaqla yanaşı, eyni zamanda Allah dərgahında savab yazılan bir əməldir. Fürsətdən istifadə edib cənab Prezidentə təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Allah, ilahi təlimlər, dinlə bağlı ali təhsil müessisəsinin yaradılması isə xüsusilə təqdirəlayiqdir. Monoteist dinlərin, o cümlədən İslamın və Qurani-Kərimin elmi şəkildə öyrənilməsini təmin edən müasir İlahiyyat İnstitutunun yaradılması yalnız Azərbaycan təhsili üçün deyil, bu həm də cəmiyyətimiz üçün möhtəşəm bir hadisədir”.

Deputat qeyd edib ki, İslam dininin simvolik rəngi olan yaşıl rəng dövlət bayrağımızda yer alib: "Bu hal İslam dininin elmi şəkildə öyrənilməsini, habelə mükəmməl İlahiyyat İnstitutunun yaradılmasını da zəruri edir. İslam Universitetinin respublikamızda mövcud olması, uğurla fəaliyyət göstərməsi ilə yanaşı, İlahiyyat İnstitutunun da yaradılması respublikamızda dini təhsili daha da mükəmməlləşdirəcək. İslam dininin əsaslarının orta məktəblərdə tədris olunmasının həmişe tərəfdarı olmuşam. Deputat seçilərkən təbliğat platformasında bu istiqamətin yer aldığı yeganə deputatam. Dəfələrlə bu məsələni qaldırmışam. Heç kim üçün sirr deyil ki, siqaretdən başlayaraq bir çox zərərli əməllər orta məktəblərə çoxdan ayaq açıb. Allah kəlamlarının məktəblərimizə daxil olması nəinki təqdirəlayiq və dəstəklən, habele savab yazılan bir əməl olardı. Həmin zərərli əməllərə qarşı mübarizədə də kəsərli silah olardı”.