ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Qobustanda xalça istehsalı emalatxanası və tədarük məntəqəsi tikilir

7339    |   2018-09-01 18:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il istifadəyə verilməsi nəzərdə tutulan xalça istehsalı emalatxanalarından biri də Qobustan şəhərində inşa olunur. Burada həmçinin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də yaradılır.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Adalet.az-a verilən məlumata görə, hər iki obyekt "EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilir.

Vahid layihə əsasında inşa olunan birmərtəbəli xalça emalatxanası binasında tikinti işləri əsasən başa çatdırılıb. Hazırda dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə abadlıq işləri aparılır.
Burada 150 nəfər toxucunun, 13 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binadakı toxuculuq emalatxanasında müxtəlif ölçülü 43 dəzgah quraşdırılacaq.

Burada inzibati otaqlar, toxucuların rahatlığı üçün yeməkxana, onların sağlamlığının qorunması məqsədilə tibb otağı istifadəyə veriləcək.

"Azərxalça”nın filialları həm də turizm obyekti kimi mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar respublikamızın bölgələrinə səfər edən turistlər xalça istehsalı emalatxanalarını da ziyarət edirlər. Toxunan xalçaların satışını həyata keçirmək üçün emalatxanalarda xalça satışı salonları yaradılır. Qobustanda inşa olunan emalatxanada da xalça satışı salonu istifadəyə veriləcək.

Xalça emalatxanasında il ərzində, təqribən, 1000 kvadratmetr xalça toxunacaq. Binanın tikintisinin və infrastrukturunun yaradılmasının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Bu, Şirvan bölgəsində istifadəyə veriləcək sayca üçüncü xalça istehsalı emalatxanası olacaq.

Qobustandakı emalatxanada qədim şirvan çeşniləri ilə xalçalar toxunacaq. Şirvan qrupuna Azərbaycanın Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Salyan kimi rayonlarında "Gördəst" üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.

Yerli flora və fauna ehtiyatları ilə zəngin olması tarixən Şirvan bölgəsində boyaqçılıq sənətinin geniş yayılmasına səbəb olub. Bu da xalçaçılığın inkişafına öz təsirini göstərib. Şirvanda orijinal bədii tərtibatı, rəng seçimi ilə fərqlənən xalçaların olması onların burada bəslənən qoyunların yüksək keyfiyyətli yunundan hazırlanan, bitkilərdən alınan təbii boyaqlarla boyanan iplərdən toxunması ilə əlaqədardır.

Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu və topladıqları boyaq bitkilərini Qobustanda fəaliyyət göstərəcək tədarük məntəqəsinə verəcəklər. Tədarük məntəqəsində qəbul olunacaq yun və boyaq bitkiləri Sumqayıtda istifadəyə veriləcək fabrikdə emal edilərək ip hazırlanacaq. Həmin məhsullar bu bölgədəki xalça istehsalı emalatxanalarına göndəriləcək, keyfiyyətli xalçalar toxunacaqdır.
Tədarük məntəqəsində tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Bu obyektin də ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.




İmza:

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olundu

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Xalça Muzeyində beynəlxalq konfrans olub

Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq

Əbülfəs Qarayev şikayətləri dinlədi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI

“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK