adalet.az header logo
  • Bakı 19°C
01 Sentyabr 2018 14:41
5764
GÜNDƏM
A- A+

Azərbaycanlı hacıların ilk qrupu Vətənə qayıdıb

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların ilk qafiləsi Vətənə qayıdıb.


Adalet.az "Report”a istinadən xəbər verir ki, onlarıHeydər Əliyev Aeroportunda yaxınları qarşılayıb.

Hacıların səhhəti qənaətbəxşdir.

Sentyabrın 5-dək azərbaycanlı hacıların hamısı Vətənə qayıdacaq.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.