adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2018 13:45
23874
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: KÖHNƏ KÜÇƏMİZƏ AĞI

İzimiz ağlayan küçə
Deyirəm , başın sağ olsun...
Qara lent bağlayan küçə -
Deyirəm , daşın sağ olsun...

Sükutu səssiz yayılan
Öz sükutundan bayılan...
İzlərimizlə sayılan -
Deyirəm, yaşın sağ olsun...

Sökülüb səkin , divarın
Olubdu əkin - divarın...
Bir daşdı ləkin - divarın -
Bu vaxtsız qışın sağ olsun!..