adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2018 12:18
9220
DÜNYA
A- A+

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Adalet.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

1978-ci il təvəllüdlü S. A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.