adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2018 08:32
12519
GÜNDƏM
A- A+

San-Marino yığmasının dünyaca məşhur rekordsmen futbolçusu


San-Marino yığmasının dünyaca məşhur rekordsmen futbolçusu


Futbol üzrə San-Marino yığması dünyanın ən zəif yığmalardan biri hesab edilir. Beləki bu cırtdan ölkənin nə yığmasının, nə də klublarının beynəlxalq turnirlərdə heç bir nəaliyyətləri yoxdur. Hətta cırtdan yığmanın beynəlxalq turnirlər çərçivəsində keçirilən oyunlarda bir dənə də olsun qələbəsi yoxdur. Əksər oyunlarda da qapısından çox qol buraxaraq biabırçı məğlubiyyətlərə uğrayıb. Bu fiaskoların ən məşhuru bunlardı:

- 1993-cü ildə Norveçə 0:10;
- 2001-ci ildə Belçikaya 1:10;
- 2005-ci ildə Belçikaya 8:0;
- 2006-cı ildə Almaniyaya 0:13;
- 2010-cu ildə Polşaya 0:10;
- 2012-ci ildə Niderlanda 0:11;
- 2014-cü ildə Ukraynaya 0:9.
Bunun müqabilində cırtdanların seçmə mərhələlərdə cəmi 2 heç-heçəsi olub ki, onlardan biri 1993-cü ildə Türkiyə ilə qolsuz bərabərlik, digəri isə 2001-ci ildə Latviya ilə səfərdə əldə edilən 2:2 hesablı nəticədi. Cırtdanlar yeganə qələbəsini 2004-cü ildə Lixtenşteyn yığması ilə yoldaşlıq görüşündə əldə ediblər. Amma cırtdan ölkənin yığmasından çox onun hücumçusu Davide Qvaltyeridi dünya futbol tarixində daha çox tanınır. Ən maraqlısı da odur ki, adıçəkilən futbolçu peşəkar yox, həvəskar olub.
1994-cü ildə ABŞ-da keçiriləcək DÇ çərçivəsində keçirilən seçmə oyunlarda, daha doğrusu 17 noyabr 1993-cü ildə Boloniyada şəhərində San-Marino millisi nəhəng İngiltərə ilə qarşılaşırdı. Meydanın mərkəzindən matça cırtdanlar başlayır, sürətli hücumla rəqib qapısına yaxınlaşırlar.
Bu yaxınlaşma nəticəsində İngiltərə yığmasının kapitanı Conotan Pirs kobud səhvə yol verir ki, topu ələ keçirən Davide Qvaltyeri qarşısıalınmaz zərbə endirərək, 8,3 saniyədə hesabı açır. Bu futbol tarixindəki (yığma səviyyəsindəki seçmə mərhələlərdə) ən tez vurulan qol oldu. Düz 23 il Davide Qvaltyerinin rekordu dəyişməz qaldı, yalnız 10 oktyabr 2016-cı ildə Cəbəllütariq-Belçika matçında belçikalı futbolçu Kristian Benteke 8,1 saniyədə hesabı açaraq yeni rekorda imza atır. Beləliklə dünyanın ən zəif yığmalardan birinin hücumçusu dünya futbolu tarixinə düşür. Matçdan sonra Davide Qvaltyeri rəqib komandanın kobud səhv edən futbolçusu Conotan Pirslə futbolkalarını dəyişirlər. O, ümumilikdə cırtdan yığmanın heyətində cəmi 9 oyunda meydana çıxıb, yeganə qolu da yuxarıda qeyd etdiyimiz matçda vurub.
Hal-hazırda 47 yaşlı Davide Qvaltyeri öz doğma vətənində yaşayır və kompüter satışı, təmiri ilə məşğul olan firma sahibidi.
Abdulla İsmayıloğlu