adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Avqust 2018 17:33
7332
MƏMLƏKƏT
A- A+

Layihə yekunlaşıb

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində "Azərbaycanın turizm potensialının internet vasitəsilə təbliği” adlı kitabça çap edilib.

 Kitabçada adıçəkilən layihə çərçivəsində keçirilmiş tədbirlər, layihənin icrası nəticəsində əldə edilmiş ideyalar və eləcə də layihənin mövzusu ilə bağlı məsələlərə analitik baxışlar əksini tapıb. Bir sıra ekspertlərin Azərbaycan turizminin internet vasitəsilə təbliği barədə fikirlərini əks etdirən kitabçanın yeni media və turizm sahələri üzrə ekspertlər, diaspor nümayəndələri, habelə gənclər təşkilatları və QHT-lər, eləcə də müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub. Qeyd edək ki, kitabçanın çap edilməsi ilə "Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində kitabça çapı ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak”, "Xarici internet mediada Azərbaycan turizminin təbliğinə həsr edilmiş kəsərli məqalələrlə çıxış”, "Azərbaycan turizminin təbliği naminə effektli bloqçuluq”, həmçinin İsmayıllıda "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzularında 4 müxtəlif təlim keçirilib. Təlimlər əsasən, ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya "vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimlərdə gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb.

 Təlimləri bitirmiş gənclərə sertifikatlar verilib. Bundan əlavə, layihə çərçivəsində "Yenimedia.info” saytı bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilib və ekspert açıqlamaları ilə yenilənməkdədir.