adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Avqust 2018 17:08
12570
İDMAN
A- A+

Ciddi qrupa düşmüşük, favorit “Arsenal”dır - Rəşad Sadıqov

"Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Avroliqanın qrup mərhələsindəki rəqibləri dəyərləndirib.

Adalet.az xəbər verir ki, kapitan "CBC sport” telekanalına açıqlamasında çətin qrupa düşdüklərini söyləyib:

"Ciddi qrupa düşmüşük. Unay Emerinin "Arsenal”a gəlişindən sonra bu komandanın oyun üslubu dəyişib. Daha çox yüksək presinqlə oynayırlar. Çalışırlar ki, rəqibi öz hissəsindən çıxmağa qoymasınlar. İstər "Arsenal”, istərsə də "Sprotinq çox yaxşı klublardır. "Arsenal” isə turnirin favroitidir. Ukraynanın "Vorskla” klubu da möhkəm komandadır. Mübarizə aparan komanda olacağını düşünürəm”.

Bütün rəqiblərini ciddi hesab edən R.Sadıqov deyib ki, qruplarda kimin güclü, kim zəif olduğunu bilmək çətindir.

Qeyd edək ki, "Qarabağ” E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) ilə mübarizə aparacaq.(azvision.az)