adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YAMAN OLURMUŞ ANLAMAQ DƏRDİ

FƏRİDƏ RƏHİMLİ
100911 | 2018-08-31 16:26

Gəl, əl-ələtutub gedək,

Gedək bizolmayan yerə.

Hər dərdi unudubgedək

Dərdimiz olmayanyerə.

R.Rövşən

Bu dünyada bizimçox dərdlərimiz var - Araz dərdi, Vətən dərdi, torpaq dərdi, Qarabağ dərdi,namus dərdi, sevgi dərdi, bir parça çörək qazanmaq dərdi, külli miqdardapulları harada gizlətmək dərdi, qonşu niyə məndən qabağa getdi fikri, həttakişilərin faciəyə çevirdiyi, qadınları anlamaq dərdi və sair. Komik bir deyim dəvar: Hərənin dərdi özünə dəvə yüküdü.

Bu dünyada anlamaqdeyilən bir dərd də var, bütün dərdlərin ən böyüyü, çəkilməzi ki, bu dərdizaman-zaman anlayışlı, həssas, duyğulu insanlar çəkib, bəzən də çəkə bilməyib, dünyadan nakam köçüblər.

Paqaniniyə xoşbəxtlikhaqda sual verəndə o, təxminən belə cavab vermişdi: "Xoşbəxt o insandı ki,onun anlayanı var".

Anlamaq insanaTanrı tərəfindən verilən elə bir nemət, elə bir mənəvi sərvət, elə bir ziynət vəelə bir əziyyətdir ki, o ilahi vergini heçbir yolla əldə etmək mümkün deyil. O, hər adama da nəsib olan deyil. Onunüçün də o nemətdən nəsibini almış insanlar ətrafındakılarda onu görməyəndədarılır, tıncıxır, yaşam tərzi çətinləşir, cəfaya dönür.

Yazıçı Anar bunuCəlil Məmmədquluzadənin həyatından bəhs edən "Anlamaq dərdi" əsərindəməharətlə açıb göstərib. Qələmi, işıqlı fikirləri, gözəl bədii və publisist əsərləriilə xalqına uzun illər boyu xidmət göstərən Mirzə Cəlilin başı olmazın müsibətlər çəkdi bu dərddən!

Sabirin tənqid hədəfləriindi də azalmır, əksinə, artır. Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə edir,ancaq onu aradan qaldırmaq insanlardan tələb olunur. İnsanı məhv etsələr dəonun mənəvi sərvətini məhv edə bilmirlər. Bu mənada insanın daxili aləmi həddənartıq zəngin, əhatəli olmalıdır. İnsanı nə qədər dərindən öyrənsən də yetmir,az olur. İnsan bir sirrdi, insan deyilən müəmma, mürəkkəblik yüzə yüz öyrəniləbilmir. Əvvəllərə nisbətən bu əsrdə insan idrakı çox inkişaf etsə də, heç vaxtsona çatmır və çatmayacaq da. Odur ki, Füzulinin kamil insanına nə qədər yaxınolsaq da, tam o insan ola bilmirik. Çünki bizim çağımızda dərdi anlamaq üçün həmdərdlikyolu bəs etmir. Özünü özgənin yerinəqoymaqla nə baş verdiyini anlamaq bəs eləmir. Dərdi anlamaq üçün dəyərlərianlamaq, insan mənəviyyatını görmək, qiymətləndirmək lazımdır. Sənin başına gəlməsədə, dərdlini bilməlisən, görməlisən, anlamağa çalışmalısan, deməlisən. Bizimdövrümüzdə dərdləri, problemləri, ağrıları anlamaq üçün özünü bunu yaşayan özgələrinyerinə qoymaq doğrudan da zətinləşib. Mirzə Cəlilin"Danabaşlarından", Sabirin nadanlarından Füzulinin kamil insanıarasındakı yolda heç dəyişmədi insanımız. Onların yaşadığı anlamaq dərdi bu gündə aktualdı. Anlamazlıq dərdi baş alıb gedir, insanlara əsəb, rahatsızlıq, ürəkağrıları, qanqaralıq, təəssüf hissini yaşadır. Qəribəsi isə odur ki, hər kəs"anlamazlıq dərdi"ndən şikayətedir.

Bəzən haqlıolduğunu sübut eləmək üçün haqlı olmaq bəseləmir adama, elə buna görə də anlayışlı insanlar üçün həyatın bütün dönəmlərindəyaşamaq həmişə çətin olur...

Ədəbi mühitdə"Dərd şairi" kimi qəbul olunmuş, şair-publisist, Əməkdar jurnalistƏbülfət Mədətoğlunun yazısından bir parça: "...Dünyanın namərd olduğunueşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz- üzə gəldim. Lap sonra da o namərdliyinqurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim -dünya səsimə səs vermədi. Qaçqınçılıq yaşadım - dünya hayıma çatmadı. Dostlarınyarpaq tökümü başladı dünyanın tükü tərpənmədi...".

Bəli, kimsə kimsənindərdini çəkmək fikrində deyil. Nəinki dərdini çəkmək, o dərdi anlamaq həvəsində,gücündə də deyil. Bu günkü həyatımızda hər kəs ancaq daha çox maddiyata sahibolmaq, bir-birindən önə keçmək, irəli gedənin ətəyindən yapışmaq, geridə qalanıda qəbul etməmək kimi naqis duyğularla yaşayır. Mənəviyyat, gözəl insanikeyfiyyətlər "qarından" önəmsiz olub artıq.

İmkanlının özü də,sözü qanun olur. İmkansızın səsi belə duyulmur, "bizdən olmayanlar"hesab olunur. O, ətəklərindən yapışdıqları vəzifədən, söz sahibliyindən məhrumolub, yıxılanda isə, həya etmədən üstünə baltayla gəlirlər. Tənqid edirlər, lənətləyirlər,sanki illərlə xalqın qanını soran o, "yıxılan" bunların gözüqarşısında fəaliyyət göstərmirmiş, Aydan gəlibmiş...

Amma Allah hər kəsəbir sınaq meydanı verir, kiminə vəzifəylə, pulla, kiminə kasıbçılıqla. Hər kəsində - vəzifəlinin bu imkandan necə istifadə etməsi sınağı, kasıbın yoxluqdan asidüşüb-düşməyəcəyi sınağı. Nə xoşbəxtdi bu sınaqdan üzüağ çıxanlar!

Amma çox təəssüfki, bu qədər bəsit görünənləri çoxları anlamaq iqtidarında deyil.

Sağda mələksavab yazır,

Solda mələkgünah yazır.

Sağdakı boş-bekardurub,

Soldakı birkitab yazır.

Bir kitabgünahın altından qalxmaq zamanı da gələcək. O zaman vay halımıza!

Qəbiristanlığagedəndə bir anlıq ölümü düşünürük, dünyanın faniliyini qəbul edirik.Dünyada yalnız yaxşılığın, rəhmətin qaldığını düşünürük, Ancaq nə yazıq ki, budüşüncələr qəbiristanlığın hasarından bayıra çıxa bilmir ki, bilmir. Buna bənzərhalı televiziyada yayımlanan "Rezonans" verilişini seyr edəndə keçirməkolur. Dustaqları görən insanlar bir anlıq sonu həbsxana ilə bitən pis əməllərdənqorxur, bu qorxu da verilişin sonunda tərk edir onları - türklər demiş: huyluhuyundan qalmaz. Ancaq vəzifə sahiblərini də hərdən türmələrə aparmaq lazimdiki, nəticə çıxarsınlar...

Anlamaq dərdininçox əzabları var. O əzabla yaşayanlar anlatmağa çalışır, çalışır, yorulubsusurlar, tənhalığa qapılır, bir köşəyə çəkilirlər. Milyonların içində tənhayaşamaq qədər çətin bir həyat sürürlər.

Rəsul Rza 60-cıillərdə yazdığı şeri... heç nə dəyişməyib:

Kimi dərdindəniçir, kimi kefindən

Kimi təzəpaltardan qorxur,

kimi kəfəndən.

İsgəndərisoruşdunuz məndən?

İsgəndər içərdi,

Ləqəbi də"Kefli İsgəndər"di.

Gecə-gündüzdüşündürürdü onu,

Diri ölülərin dərdi.

Yoxsao da bir poçt məmuru olar,

Nədərdlənər, nə içərdi.

Ömrüölülər içində

Sakit,səssiz keçərdi.

Qınamayınİskəndəri!

Yamanolur anlamaq dərdi.


Bəli,yaman olurmuş!!!

TƏQVİM / ARXİV