adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Avqust 2018 16:11
5356
GÜNDƏM
A- A+

Azərbaycan qırıcılarını Türkiyəyə göndərdi

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq "TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd "MiQ-29” qırıcı və 3 ədəd "Su-25” hücum təyyarələri iştirak edəcək.