adalet.az header logo
  • Bakı 20°C

DAXiLi iŞLƏR NAZiRi, GENERAL-POLKOVNiK CƏNAB RAMiL USUBOVA!

AQİL ABBAS
39672 | 2006-08-04 13:24
Sizi və rəhbərlik etdiyiniz Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını Polis günü münasibətilə ürəkdən təbrik edirik, Sizə və rəhbərlik etdiyiniz DİO-nun bütün əməkdaşlarına uzun ömür, can sağlığı, cinayətkarlığa qarşı mübarizədə, ölkədə əmin-amanlığın qorunmasında və ictimai-asayişin mühafizəsində daha böyük uğurlar arzulayırıq!
   
    Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin siyasi kursunu ləyaqətlə həyata keçirən və bu siyasi kursa söykənən Azərbaycan Polisi şərəfli bir yol keçmişdir və bu gün də şərəflə öz vəzifəsini yerinə yetirir. Yüzlərlə polis əməkdaşı həm erməni işğalçılarına qarşı mübarizədə, həm də ümumiyyətlə, cinayətkarlığa qarşı mübarizədə öz canını bu dövlətin, bu millətin yolunda qurban vermişdir. Onların neçəsi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və digər dövlət mükafatları ilə, orden və medallarla təltif olunmuşdur.
   
    Bu gün Azərbaycan Polisinə mətbuatda həm siyasətçilər, həm də qəzetçilər tərəfindən bir basqı var. Biz dəfələrlə qeyd etmişik və yenə qeyd edirik, Azərbaycan Polisinin şərəfi- on-on beş və ya olsun iyirmi - vəzifə borcunu yerinə yetirməyən, cinayətə bulaşan polis əməkdaşları ilə deyil, əlifhacıyevlərlə ölçülür. Məhz Azərbaycan Polisinin gərgin zəhmətinin nəticəsidir ki, Azərbaycan keçmiş SSRİ məkanında ən az cinayət törədilən, ən əmin-aman və ən sabit respublikadır. Təbii ki, bu ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasətin və bu siyasəti ləyaqətlə yerinə yetirən Azərbaycan Polisinin zəhmətinin nəticəsidir.
   
    Cənab Nazir!
   
    Bir daha Sizi və rəhbərlik etdiyiniz DİO-nun bütün əməkdaşlarını Polis günü münasibətilə təbrik edirik və daha böyük başarılar diləyirik!
   
   

TƏQVİM / ARXİV