adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Avqust 2018 14:42
8229
SİYASƏT
A- A+

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb”

"Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərlə əlaqədar məsələyə daha aydınlıq gətirilməsinə ehtiyac var”.

Modern.azxəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

" Azərbaycan Respublikası tərəfindən arzuolunmaz şəxslər siyahısının tətbiq olunması və bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın işğal olunmuş əraziiərinə təşkil edilən səfərlərin sayında ciddi azalma müşahidə olunur”.

H.Hacıyevin sözlərinə görə, ciddi və sağlam düşüncəli insanlar bu kimi səfərlərdən maksimum dərəcədə uzaqlaşmağa çalışır.

"Bunun hüquqi, siyasi və mənəvi nəticələrini dərk edirlər. Burada əsasən diplomatik nümayəndələrimiz vasitəsilə də aparılan iş ondan ibarətdir ki, onlar fəaliyyət göstərdikləri ölkələrdə maarifləndirmə və təbliğat işlərini daha da artırıblar. Qeyd edə bilər ki, əksər ölkələrin Xarici İşlər Nazirliklərinin internet saytlarında öz ölkələrinin vətəndaşlarına səyahət xəbərdarlıqlarında məhz Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinmək kimi xəbərdarlıq və tövsiyələr var”.

XİN sözçüsü deyib ki,Azərbaycan Respublikası tərəfindən hüquqi müstəvidə milli qanunvericiliyin tərəflərindən çıxış edərək hüquqi təqib addımları atılır.

"Bunun fonunda Ermənistan tərəfi bu kimi səfərlərin azalmasını görərək tamamilə qeyri-ciddi insanlara müraciət edərək onların səfərlərini təşkil etmək və bu səfərlər əsnasında guya işğal olunmuş ərazilərə səfər edənlərin sayını artırmaq fonu yaratmaq istəyirlər”.