Əbülfət MƏDƏTOĞLU: MƏNİ GÖRƏSƏN DEYƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
47505 | 2018-08-31 14:27

Belə bir fikirvar. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə də ad çəkmirəm.Fikir isə belədir: "Günü necə başladınsa, o cür də yekunlaşır"...

Bəli, yayınqorabişirən ayı olan avqustu elə odlu-alovlu qarşıladıq ki, az qala bizi əridəcəkdi.Dözülməz istilər avqustun sonunda da elə son gücünü toplayıb deyəsən gəldiyikimi getmək istəyir. Təki elə olsun. Necə deyərlər, xətasız-bəlasız sovuşaq buistilərdən. Sizi deyə bilmərəm, mənim istilərə o qədər də dözümüm yoxdur.Dözümüm ona görə yoxdur ki, dağlıq bölgədə doğulmuşam və dağ çayının, dağhavasının nə demək olduğunu canıma, qanıma hopdurmuşam. Elə həmin o köhnə"yatırla" da gəlib çıxmışam 60 yaşın astanasına. Qismət olsa, bir neçəaydan sonra həmin o 60 məsələsi də gəlib keçər. Bunu Allah bilir və təbii ki,Allahın bildiyinə də nə mənim şəkk etmək, nə də əl uzatmaq gücüm, səlahiyyətimyoxdu. Sadəcə olaraq demək istəyirəm ki, dağ havası, dağ şəlalələrininşırıltısı, ümumiyyətlə, insanın doğum yerindən öz vücuduna köçürdüyü hər şeyonun üçün bir yaşam stimulu olub. Yəni insan gözünü açıb evim, kəndim, yurdumdediyim ocaqdan başlayır formalaşmağa. Həm bir Allah bəndəsi kimi, həm də bir vətəndaşkimi. Nə isə...

Bütün bura qədəroxuduqlarınız əslində mənim hər gün düşündüklərim, hər gün içimdə saf-çürüketdiklərim yaşamımın üst qatıdı, üzdə olan, dilə gətirilən tərəfidi. Alt qatda,iç dünyamda nələrlə çarpışıram, nələrlə dil tapıram, bu tamam başqa bir söhbətdi.Amma bir gerçəklik də var ki, insan bütün məqamlarda, hətta kefinin ala buluddaolduğu zaman kəsiyinin içərisində də, özü də bilmədən daxilən bir sualıncavabını çözməyə çalışır. Yəni müqayisə edir - həm içərisində olduğu məqamı, həmdə bunun oxşarı varsa onu. Əgər buoxşarlığı və yaxud fərqi tapırsa, onda irəliyə atmış addıma, şəraitə, fürsətəgörə bir daha Tanrısına minnətdar olub. Yox, belə bir imkan yaranmayıbsa, təkraranına, gününə şükür edir. Bax, bu mənada mən başa çatan avqust ayını demək olarki, bir zərgər dəqiqliyiylə incələməyə, onu ötən ilin avqustuyla yanaşı tutmağaçalışdım. Tam səmimi deyim ki, itirdim bu avqustu. Onun ötən ilkindən xeyliarxada qaldığını açıq-aşkar gördüm, duydum və təəssüfləndim. Doğrudur, yaşananhər gün ömür payıdır. Və ömür payını da sifariş etmək mümkün deyil. Amma həyatınelə problemləri var ki, onlar bilavasitə insandan, Allahın bəndəsindənasılıdır. Bu da daha çox maddiyyatla, iqtisadiyyatla bağlı olan məsələdir. Yənibir az özümü çoxbilmiş kimi göstərib desəm ki, dünya böhran içərisindədi vədünya böhranının bir iynə ucu boyda zərrəsi mənə toxunub, bunu oxuyanda siz də güləcəksiniz və yaxud gülümsəyəcəksiniz.Düşünəcəksiniz ki, torpağının altı, üstü qızıl olan bir ölkə vətəndaşının bucür düşünməsi ən azından yanlışdır. Olsun! Amma yanlışın da bir naxışı olduğu məlumdur.Hə, bu da nə isə...

Gəlirəm başaçatan avqustun yaşantılarına. Daha doğrusu, dönürəm məsələnin bu biri tərəfinə.Bu yayın qorabişirənində baş çəkdiyim trabzonlu dostumun diqqəti və qayğısıözümün və doğmalarımın yaddaşına yazıldı. Çox qısa müddətdə olsa da mən oradaanladım ki, yayı da, qışı da, od ələnən məqamı da, şaxtanı-qarı da heç ruhunincimədən yaşamaq mümkündü... Əgər həyatın elementar tələbatları yerindədisə...Əgər sən bir Allah bəndəsi olaraq dəyərləndirilirsənsə... Sənin verdiyin dəyərinsənə qarşılığı ödənilirsə... Əks halda kim olursan ol, diqqətsizlik, maddisıxıntılar səni öz caynaqlarında sıxıb saxlayacaq. Və bu da yaşamaq istədiyinömrün əzablı, ağrılı, acılı səhifəsi olacaq. O səhifəni kağıza köçürmək istəmirəm.Onsuz da bilənlər bilir, bilməyənlərin dəbilib nəyisə dəyişəcəyinə ümidim yoxdu. Necə deyərlər, daha doğrusu,böyük Cəfər Cabbarlının təbirincə desək, öz cəzandı çək, Balaş!.. Hə, bu da nəysə...

Gələk yazımızınyaralı yerinə. Mənim bütün yazılarımda iç dünyamla çöl dünyam paralel yolgedir, yanaşı dayanır. Və hətta bəzən bir-birinin içindən boylanır. Bu mənada avqustun(bilgisayar yazarımız Gülər xanımın etirazına baxmayaraq - Ə.M) qorabişirənistisində mən Sənin də qaladığın ocağın odunda ütülürdüm. Elə bil iki odarasında qalmışdım. Yadıma sevgi odunda yanan Kərəm də düşmüşdü. Amma sonra biraz dərinə işıq salanda anlamışdım ki, Kərəm də mən çəkəni çəkməyib. Heç bir azpafoslu çıxsa Məcnun da. Rəhmətlik ŞeyxFüzulinin Məcnunu mənim yanımda deyəsən elə çiyin bərabərliyində dayanıb. Bəlkədə bir az aşağı-yuxarı ola bilər, müqayisə etmirəm. Qərarı özünüz verərsiniz.Amma mən deyirəm ki:


Üfür sönüm şamkimi

Toxun, uçum damkimi...

Yığışıb adamkimi -

Sığınımqapınıza...


Durma, yeriyanımla

Bu qurbanlıqcanımla...

Bir qaşıqlıqqanımla -

Sıxılımqapınıza...


Əlim açıqdı göyə

Dönmüşəm sınıqmeyə...

Məni görəsən deyə-

Yıxılımqapınıza.


***

Hər kəs düşünməkhaqqına malikdir. Buna qadağa qoymaq mümkün deyil. Hətta tanınmış şairlərimizinməşhur şeirlərində deyildiyi kimi: "Düşünmə deyirsən! Düşünməyə bilmərəm".Bu mənada sizin və elə mənim özümün də düşüncələrimdə sərbəstlik təbiidir. Digərtərəfdən hər kəsin də düşünmə mövzusu özünə məxsusdur. Ola bilsin ki, eyni andabir neçə nəfər eyni mövzu ətrafında düşünsün. Bunu kimsə təşkil edə bilər və nəticəümumiləşdirilər. Amma kəndin, şəhərin, ölkənin müxtəlif guşəsində eyni anda,eyni məsələ barəsində yüzlərlə adamın fikirləşib eyni nəticəyə gəlməsi bir azşübhəlidir. Yalnız bir məqamdan başqa. Bu da mənim qənaətimdir. Hesab edirəmki, "yaşam və ölüm" "sevgi və nifrət" barəsində müxtəlifünvanlarda, müxtəlif anlarda həmfikir olmaq mümkündür. Çünki hər kəs bu dünyaya gələn andan yaşamaq vəölümü qarşılamaq missiyasının boyuna biçildiyini bilir. Bununla paralel olaraqhər kəs sevir, sevilir, eləcə də nifrət edir və yaxud nifrət ünvanı olur. Bax,gördüyünüz kimi, insan boyuna biçilən bu missiya ona düşüncə sərbəstliyi verir.Mənim düşüncəmin, xəyallarımın, ümumiyyətlə, varlığımın əsas ifadəsi bir mərkəzdəcəmlənir. O da əlindən tutub doğulduğum ünvana gedib çıxmaqdı. Yazıqlar olsun mənəki, mən bunu edə bilmirəm. Qarşımı düşmən kəsib, sən də ki, əliniuzatmırsan. Ona görə də düşüncələrim aydınlığa çıxmır, xəyallarımgerçəkləşmir. Eləcə xəyal olaraq qalır. Mən də o xəyalların qanadında eləkağızla qələmin təmasına güvənib yazıram:


Xəbərin olmadı,yatıb qalmışdın

Səhər gözlərimdəaçıldı bu gün...

Yorğan əvəzinə kədərsalmışdın -

Üstümə! - o daki, daş idi bütün...


Çevrildim min dəfəqorun içində

Elə yatmışdınki, duymadın bunu...

Çətin rahat olamgorun içində -

Həmişə bir olur əvvəlinsonu..


Heç də incimirəm,gileylənmirəm

Sadəcə gerçəyiduyub yazıram...

Sözüm toxunmasındeyə qələmi -

Gözümün yaşıylayuyub yazıram...


Bəli, buavqustun da kürəyi gəldi yerə. Siz bu gün bu yazını oxuyanda sentyabrın 1-iolacaq. Hamımızın yaddaşına yazılmış 1 Sentyabr! Bax, görürsünüz xatirələradamın yaxasını necə buraxmır, necə yaşamağa imkan vermir...

Sonra da məniqınayırsınız. Hətta inciyib-küsürsünüz ki, nostalji hisslərdən, pessimist fikirlərdənqopub ayrıla bilmirəm. Axı mən neyləyim ki, mənim dünyam gözəllikdi, sevgidi!Gözəlliklə sevgi insanı qanadlandırır, xəyallandırır, özündən alıb aparır. Həttaəl cibdə utansa da...

İndi bax bunostalji duyğular sarı simə çevrilir və məni sarı sim üstündə yazdığımmisralara tərəf çəkib aparır. O misralar ki, onlar sənə ünvanlanır. Onları sənmənim ürəyimdən dilimə köçürmüsən və mən də kağıza:


Açmışam ovcumu həməndolu su

Su alıb kirpikdəngələn yolu, su...

Baxıb gözdolusu, ürək dolusu

Mən gülü oxşadım,çiçəyi sevdim -


Allahım, hamıdan göyçəyi sevdim.

Baxdım,pardaq-pardaq olan qönçəyə

Didəsi şeh ilədolan qönçəyə

Xallı kəpənəkləryolan qönçəyə...


Həm gülü, həm dəki, ləçəyi sevdim -

Allahım, hamıdangöyçəyi sevdim.

Məst oldum ətirdən,uydum hənirdən

Tanıdımaddımdan, duydum hənirdən


Bir anlıq, biranlıq doydum hənirdən

Bal axan o dili,dilçəyi sevdim -

Allahım, hamıdangöyçəyi sevdim.

Xəyalım cilovsuzsəməddi! - dedim


Açılan qollara kəmənddi!- dedim

Gör neçə həsrətikəməltdi! - dedim

Bu çiçək! - məndə bu çiçəyi sevdim

Hamıdan, hamıdangöyçəyi sevdim!..


***

... Belə birfikir var. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə dəad çəkmirəm. Fikir isə belədir: "Günün necə başladınsa, o cür dəyekunlaşır"... Bax, bu yazını da mən kökləndiym ovqatla başa çatdırmaq istəyirdim.Amma alınmadı. Bilirsiniz niyə? Ona görə ki, bütün redaksiya, yəni çalışdığımkollektiv nahar üstündə köklənmişdi. Deyilənlərin, yazılanların artıq şirəifraz etməkdə olan mədələrə heç bir isti-soyuğu yox idi. Necə deyərlər, dəyirmanöz işindəydi. Ona görə də sözümün səs tempini bir balaca azaltmağa məcburoldum. İstədim ki, ovqatımı qoruyub saxlaya bilim. Ən azından sənin xatirinə, səninnaminə. Çünki bu dünyada Allahımın mənə verdiyi sevgidən qiymətli, dəyərlibaşqa heç nə yoxdu. Və bilirəm ki, haqdan gələn nə olur-olsun Ənamdı! Kədər də,sevinc də özünü bu ənamda ifadə edir. Əgərmən inamımda yanılmıramsa və siz də bu inamda mənə dəstək verirsinizsə, onda...


Ruhumu cənnətdəgördüm

O, pəncərədən baxırdı...

İlahi, mən içdənöldüm -

Bu nə uğursuzaxırdı...


Həmişə əllərimgöydə

Həmişə də dizimyerdə...

İstədim ki, ölüm göydə-

Qalsın amma izimyerdə!..


Alınmadı buarzum da

Asi oldu ruhum,cismim...

Mən sahibsiz dəfnolundum -

Buna görə məndənküsmə..


Hə, nə qədərçalışsam da xəyalımdakından, duyğularımdakından, ürəyimdəkindən yenə bir iynəboyu da olsun uzaq gedə bilmədim. Fırlandım yenə başına. Və dedim ki, məni görəsəndeyə yıxılım qapınıza?..


TƏQVİM / ARXİV