adalet.az header logo
  • Bakı 11°C
31 Avqust 2018 12:29
10242
SİYASƏT
A- A+

Bayram Səfərovdan erməni baş nazirə tövsiyə: “Paşiyanın ağlı olsa...”

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən bəri qalmaqallardan qurtula bilmir. Onun Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla gərgin münasibətləri günbəgün artmaqdadır. Koçaryan barəsində 2 aylıq həbs-qəti imkan tədbiri barədə qərarın verilməsi, sonra onun sərbəst buraxılması da bu gərginliyi xeyli dərinləşdirib.

Koçaryan artıq haqqında səslənən ittihamları kölgədə qoymaqda davam edir. Baxmayaraq ki, baş nazir Paşinyan keçmiş prezident Koçaryan haqqında "ikinci prezidentin siyasi arenaya qayıtmaq şansı yoxdur” deyib.

Koçaryan isə artıq şansını növbədənkənar parlament seçkilərində sınamaq fikrindədir.

Modern.azsaytı Ermənistan hakimiyyətində baş verənləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla müzakirə edib. O, düşünür ki...


İlanın ağına da...


"İlanın ağına da lənət, qarasına da. Burada erməni siyasəti var. Kimliyindən asılı olaraq onlar əvvəlki cinayətlərini ört-basdır etməyə çalışırlar. İstər Koçaryan,istərsə də Sarkisyan hakimiyyəti Paşinyanı devirmək istəyirlər. Guya köhnə ikilik nə etdiyini bilmir?! Onlar köhnə cinayətlərini gizlətmək iddiasındadırlar. Koçaryan istəyir ki, cinayət əməli açılmasın. Digər tərəfdən isə onlar işğal faktından da könüllü əl çəkən deyillər. Koçaryanın da, Sarkisyanın da Xocalı soyqrımının törədilməsində birbaşa əlləri var. Günahsız insanların ölümünə bais olublar”.

İcma rəhbərinin sözlərinə görə, Paşinyanın gərək ağlı ola:

"İndi Paşinyanı Koçaryan necə sevə bilər axı?! Paşinyan hakimiyyətə gələn kimi Koçaryanı müvəqqəti də olsa, həbsə atdı. Hətta digərlərinin də canına qorxu düşüb. Ona görə də Paşinyanı hansı qüvvə olursa olsun, bax onun əli ilə devirməyə çalışırlar. Paşinyanın da gərək ağlı ola ki, sadə, çörək axtaran ermənilərin diqqətinə, qayğısına qala və işğalçılıq siyasətindən əl çəkə. Çünki işğalçı siyasət Koçaryan, Sarkisyan hakimiyyətini uğursuzluğa düçar etdi. Onlar müvəqqəti olaraq torpaqlarımızı işğal etsə də, Azərbaycanın durmadan artan inkişafı göz önündədir. Bu gün Azərbaycan bir günəş kimi dünyada parıldayır”.

Ermənistanda xarici qüvvələrin izi varmı?!

Bayram Səfərov bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanın müstəqilliyinə paxıllıq edirlər:

"Hazırda Ermənistanda baş verən proseslərdə xarici qüvvələrin marağı var. Əgər vaxtında həmin xarici qüvvələr onlara dəstək olmasaydı, indi hər şey çox fərqli idi. BMT-nin 4 qətnaməsi icra edilsəydi, Avropa Ermənistanın hərəkətlərini pisləsəydi, Amerika maliyyə, Rusiya silah, Fransa mənəvi yardım etməsəydi, din qardaşımız olan İran çörək verməsəydi Ermənistan bu günə gəlməzdi. İndi sadə erməni xalqı firavan yaşayardı. Ona görə də bu cür məsələlərdə xarici qüvvələrin mütləq maraqları var və Azərbaycanın müstəqiliyinə paxıllıq edirlər”.

"Erməni həyasızlığından başqa bir şey deyil”

İcma rəhbəri Paşinyanın oğlunu Qarabağa göndərməsinə də münasibət bildirib.


"Paşinyanın oğlunu Qarabağa göndərməsi oyundan başqa bir şey deyil. Həmçinin, Paşinyan oğlunu Qarabağa necə yollamasın axı?! Sadə vətəndaş işğalçılıq siyasətindən bezib və oğullarını Qarabağa göndərmək istəmir. İndi də Paşinyan oğlunu Qarabağa göndərməklə xalqa nümunə olmağa çalışır. Guya bu adam vətənpərvərdir. Qarabağda doğulmayan oğlunu əsgərliyə göndərməsi erməni həyasızlığından başqa bir şey deyil”.