Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İctimai Birliyi Tərtərdə seminar təşkil edib
Avqustun 30-da Kimsəsiz Uşaqların
Sosial Müdafiəsi İctimai Birliyi Tərtər rayonunda seminar təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaqların zərərli
dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili" adlı
seminarda qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya
məruz qalması, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə
ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.
Təşkilat sədri Lamiyə İsazadə bildirib ki, rayon və şəhərlərimizdə
adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların
sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması,
gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə
edilməkdədir.
Təşkilat sədri onu da qeyd edib ki, birlik və bölünməzlik dövlətlərin varlığını
qoruyub saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum ölkələrdə heç vaxt
əmin-amanlıq olmur. Buna görə də milli-dini birliyə yönəlmiş mənfi fikir və
ideyaların yayılmasının qarşısı mütləq şəkildə alınmalıdır.Seminarın
təlimçisi Dini İcmanın sədri, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər üzrə
nümayəndəsi Hacı Sadiq Cəfərov bu mövzu haqqında geniş çıxış edib.
Seminarda Tərtər Rayon İcra Hakimiyyəti Aparatı İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elvin
Umudov bu cür layihənin Tərtərdə icrasına görə, icra başçısı adından
layihə rəhbərinə təşəkkürünü bildirib.
Seminarda Təhsil Şöbəsindən Metod kabinetin sədri İntiqam Nuruyev və digər
ziyalılar çıxış ediblər.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24