adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Adamların içini görürəm, mənə UZİ həkimin adını qoyublar - Eminquey yazır

EMİNQUEY AKİF
71324 | 2019-11-09 10:10

Ad həyatımızın ən vacib detalıdır. Ad insandoğulmamışdan qabaq doğulur və öz yiyəsini gözləyir. Bizim xalqın tarixyaddaşında da ada həmişə üstünlük verilib. Amma bizim məmləkətdə adaqeyri-ciddi yanaşan bir xeyli adam var. Ki, onlar doğulan övladlarına absurdadlar qoyurlar. "Dədə Qorqud” dastanında kişinin yetkinlik yaşına çatdığı vaxtigidlik göstərib ad almağı da eynilə kriminal aləmdəki ad alma prosesiləüst-üstə düşür.

Yaşadıqcaadla bağlı bir çox detallarla tanış oldum.

Məsələn,İran kinosunun şah əsərləriniyaratmış Abbas Kiorastaminin daha yaxşı filmləri olduğu deyilə bilər. Ancaq "Yaxınplan” adlı filmin bütün atmosferi və gerçəkliyi onu bu dahininfilmoqrafiyasında xüsusi edir. Özünü məşhur rejissor Mohsen Makmalbaf kimi təqdimedən adamın hekayəsini anladan filmdə aktyor yoxdur, hər kəs özünü oynayır.Kino tarixinin ən möhtəşəm final səhnələrindən biri də bu filmdədir.

Bu film də bir insanın həm sənətə, həm də onuntimsalında tanınmış rejissor Mohsen Makmalbafa aşiq olmağından, həm də məşhurbir addan istifadə edib bir ailəni aldatmağı da mənim üçün adın necə önəmli məhfum olduğunu sübut etdi.

Məsələn, Kemal Sunalın filmlərindən birində Şabankabadayının adından istifadə edir türmədə. Halbuki o, qorxağın yekəsidir. Birgün əsl kabadayı çıxır ortaya, gəlir polisin yanına, silahlarını qoyur ortaya,cinayətlərini etiraf edir. "Filankəs mənəm, o, mənim adımdan istifadə edir, illərdirmən bu adı qazanmaq üçün çalışmışam, mən buna dözə bilmərəm, tutun məni” deyir.

Məsələn, yazıçı kitab çap etdirir, ad üstündə xeylidüşünür. O qədər rastıma çıxıb ki, mənasız,diqqət çəkməyən adı görüb kitabı oxumaqdan imtina etmişəm. Axı birinci addıradamı özünə çəkən. Adın bir enerjisi olmalıdır da.

Yaxud da özünə ədəbi təxəllüs seçəndə. Diqqətliolmalısan. Ədəbi mühitimizdə o qədər mənasız və dəxlisiz imzalarla rast gəlirikki. Adam imzanı görüb qaçır şeirlərindən, yazılarından.

Amma təəssüf ki, adın cəmiyyətdə necə iyrəncformaya salındığını da görürük. Məsələn, müasir dövrün dırnaqarası qəhrəmanları, aftoritetləri də təəssüfləndiyim qismə aiddir. Onlara hərgün sosial şəbəkələrdə rast gəlirik. Özlərinə bu cür adlar qoymaqla həm özadlarını gizlədirlər, həm də guya ki, hansısa mesaj vermək istəyirlər.

Jizn fuflo ay brat, Supermen, Papanin Kasub Oglu, Paxotka QaradskoyJizn Varavskoy, Sladkiy Ərkəy, Zerbeli Kayfuet Balaşka Revnuet, Moya JieniİsToRiYa, Kayfarik Kafyarik, Heyat Qomli Gozler Nemli, Bloknoy Cavan Oglan,Papaşanın Xuliqan Balası.

Hələ xanımları demirəm. Onlar da belə gic-gic, mənasız adlardanistifadə edirlər.

BandiTka AvarasHka Blatnoyka, Pullu Papanin Cholka’li Qizi, Evqiziyam, Avarawka Balawka Stilni Devuçka, Polis Papanın Narkomanka Qızı, NeRomantishka ZaTo Simpatishka, Vor Papanın Tuz Qızı, Banditka NarkushaKavkazochka Kayfusha.

Ad çox önəmli detaldır.

Baxın, tarix boyu bu Mikayıl adı uğurlu olub. Mikayıl Müşfiq, MikayılGüləddinoğlu, Mikayıl Cabbarov, Mixeyl Saakaşvili, Mikelanjelo, Maykıl Cekson,Mayk Tayson, Mişel Platini və s.

Deməm o ki,"ad" önəmlidir. Niyə Gülbadam, ya da Pirqasım adlı bir uğurlu adamortaya çıxmayıb?!

"Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəslikəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütündillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini vənişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərəkbuyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini)Mənəxəbər verin». ("Bəqərə” 31).

Quranda Adəm haqqında olan ayələrdən biridir və Adəmə adlarınöyrədilməsindən söhbət gedir. Eləcə də biz doğularkən ata-anamıza verdiyimizsuallar adlarla bağlı olur. Uşaqların ən çox verdiyi suallar "Bu nədir? Nəüçündür?” kimi suallar olur.

Və sonda öz adımla bağlı bir dialoq yadıma düşdü.

Bir gün anama dedim:

- Mama, nədəndisə, getdikcə insanların ilk baxışdan necə biriolmaqlarını, mənə qarşı atdıqları addımın arxasında hansı niyyətin durduğunuhiss edirəm, görürəm.

Anamın cavabını əvvəlcə başa düşmədim.

- Bəs necə olmalı idi? Sənə UZİ həkiminin adını qoymuşuq da.

Gördü ki, duruxdum, davam elədi.

- Doğulmağına az qalmışdı. Xalan oğlu da həmçinin. Xalanın oğlunu görməküçün UZİ-yə gedirdik. Orada oturan həkimin adı Emin idi. Adı xoşumuza gəldi.Sonra sən doğuldun, elə sənin də adını Emin qoyduq. İndi sən də UZİ kimisən.

Gülüşdük.



TƏQVİM / ARXİV