adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Avqust 2018 11:38
10868
İDMAN
A- A+

Avropanın ən yaxşısı oyunçusunun adı açıqlandı - nə Ronaldo, nə də...

Avropada 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Adalet.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Real"ın yarımüdafiəçisi Luka Modriç ötən mövsümün ən yaxşı oyunçusu seçilib. O, səsvermədə sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salahı qabaqlayıb.

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılıb.

Qeyd edək ki, Modriç ötən mövsüm "Real"la Çempionlar Liqasının qalibi olub.