adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Avqust 2018 11:22
9907
SİYASƏT
A- A+

Milli Məclis yeni qanun layihələri hazırlayıb

Milli Məclisin payız sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Daxili qoşunlar haqqında”, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, "Psixoloji yardım haqqında” yeni qanun layihələrinin "Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı”na daxil edilməsi gözlənilir.

Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 1-də keçiriləcək.