adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Avqust 2018 14:21
6942
MƏMLƏKƏT
A- A+

Generallar sərhəddəki vəziyyəti yoxladı

2018-ci ilin avqust ayının 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən "Astara” dövlət sərhədindən bura­xılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyəti yoxlanılıb.

DSX-dan Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmi­ləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi apa­rılıb.