adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Avqust 2018 11:00
10161
KRİMİNAL
A- A+

37 yaşlı Mingəçevir sakini Bakıda bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-n məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Qarayev Aydın Gəray oğlu Xətai rayonu, Sarayevo küçəsi, 13 ünvanınında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

A.Qarayev koma vəziyyətində olduğundan onun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələ mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.