adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2018 18:16
13729
İDMAN
A- A+

“Qarabağ” 1600 manat cərimələndi - Azarkeşlərinə görə

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Adalet.az PFL-in saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan çempionu "Qarabağ" azarkeşlərinə görə cəzalanıb. "Neftçi" ilə oyunun 66-cı dəqiqəsində İnnosent Emeqaranın vurduğu bərabərlik qolundan sonra klubun azarkeşləri meydançaya kənar əşyalar atıblar. Klub buna görə 1600 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.