Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏRİ AYAQ ALTA ATMAYIN…

FAİQ QİSMƏTOĞLU
45207 | 2018-08-29 13:07

… Bir dəfə Horadizşəhərində Heydər parkında oğlum Emin, dostum Arif və nəvəm Tunarla gəzəndə qəribəbir səhnənin şahidi oldum. Parkda oynayan uşaqlardan bir neçəsi qızılgül kolunayaxınlaşaraq güllərin ləçəklərini yolmağa başladılar. Analarının başı söhbətə qatışmışdı.Uşaqlar isə gülləri dərmək əvəzinə kolundan qoparır, ləçəkləri yerə səpələyirdi.Bu vaxt «İnternetkafe»də işləyən və mənim çox böyük hörmət elədiyim Səlim Əhmədovözünü saxlaya bilməyib düz o uşaqlara sarı qaçdı. Hələ uzaqdan qışqıra-qışqıra dediki, ay xanımlar, qoymayın, uşaqlar gülləri qırıb məhv elədi. Onunla yanaşı, parkdaictimai asayişi qoruyan və təhlükəsizliyi təmin edən xidmətinin əməkdaşları da tezözünü ora çatdırdılar. Uşaqları qızılgül kollarından uzaqlaşdırdılar, analarınada məsləhət verdilər. Dedilər ki, bu parka hamı istirahətə gəlir. Güllərə, çiçəklərətamaşa edir və onun ətrini ciyərlərinə çəkirlər. Siz isə uşaqları nəzarətsiz qoyubbaşınız söhbətə qarışıb. Axı belə olmaz! Onların danlağından sonra analar uşaqlarına nəzarət etdilərvə bir müddətdən sonra parkdan uzaqlaşdılar…

Dostum və qardaşımistedadlı yazar, millət vəkili Aqil Abbasın çox gözəl bir şeiri var. Ümumiyyətlə,Aqil Abbas nə qədər gözəl yazıçıdırsa, bir o qədər də istedadlı şairdi. 70-ci illərdəonun yazdığı «Çiçəkləri ayaq alta atmayın, günahdı» şeiri bizim hamımızın qəlbinə,ürəyinə çiçək, gül ətri gətirmişdi. Tək bu şeir deyil, onun sevgiylə, güllə, çiçəkləbağlı bir neçə gözəl, unikal şeirləri var. Təəssüf ki, o şeirin hamısı yadımda qalmayıb.Amma yadımda qalan odur ki, Aqil Abbas çiçəkləri, gülləri ayaqlayanlara and verirki, bu zərif, ətirli gülləri tapdalamasınlar, ayaqlamasınlar. Bundan gözəl, bəşərisevgi və məhəbbət ola bilməz! Çünki biz həmişə görüşə gedəndə də, haqq dünyasınaqovuşmuş əzizlərimizin məzarını ziyarət edəndə də ora gül aparmışıq, çiçək aparmışıq.Demişik ki, qoy bu güllər onların ruhuna, dünyasına bir sığal çəksin, sevinc gətirsin…

Horadizdəki həminanlar heç vaxt yadımdan çıxmır. Yadımdan çıxmayan həm də odur ki, gülü, çiçəyi heçvaxt ləçəyindən qoparıb yerə səpələmək olmaz. Gülü, çiçəyi öpərlər, qoxulayarlarvə ən nəhayət, dərib sevgililər görüşə gedərlər. Böyük şair Vahid Əziz yazır:

Çiçəkləri öpdüyümüküləklər,

Qaçıb yara bildirməsəyaxşıdı…

Bu da böyük şairVahid Əzizin gülə, çiçəyə olan bəşəri bir sevgisi!..

… Yenidən mən oğlum Eminlə və dostum Ariflə bir neçə günbundan əvvəl Horadizdəki Heydər parkına getdik. Hava həddindən artıq isti idi, evdəoturmaq, küçədə gəzmək olmurdu. Horadizdə iki gözəl yer var – biri Heydər parkı,biri də Bayraq meydanı! Bax, isti havada tək biz yox, çox adam elə sərinləmək üçünhəmin yerlərə üz tutur...

… Axşamüstü saat18:00 radələridi. «İntenetkafe»dəki dostumuz Səlim Əhmədov bizi görüb ayağa qalxır.O, dostuyla parkdakı oturacaqda əyləşmişdi. Mən də iki daşın arasında onların, oğlumEminin və dostum Arifin bir yerdə oturacaqda əyləşdiyi yerdə şəkillərini çəkirəm.Bu anlar Səlimi də, onun dostunu da çox sevindirir. Sonra keçib sərin bir yerdəəyləşirik. Səlimin dəmlədiyi çayın dadı çox gözəl olur. Onun dostu zarafatla deyirki, müəllim, Səlimin çayı Mövsüm kişinin çayı kimi pürrəngi və ətirlidi. İki-üçdəqiqə keçmir ki, masaya pürrəngi çay gəlir. Yanındada konfetlər. Dostum Arif konfeti açır, birini dəmənə verir. Sonra da özü armudu stəkanlakı çayı qurtum-qurtum içir. Deyir ki, vallah,bu Səlimin çayının yerini heç nə verməz. Bir Laçında belə çay içirdim, bir də indiHoradizdə. Maşallah, Səlim də o qədər tərbiyəli və mədəni oğlandır ki, adam istəmirki, ona əziyyət versin. Bir neçə dəqiqə bizim yanımızda əyləşir Səlim. Sonra daüzr istəyib yerinə qayıdır və başı işə qarışır…

… Artıq axşam saat21:00-dır. Yəni qaranlıq düşüb, hər tərəfdə işıqlar yanır. Göy üzünə baxıram, birneçə iri ulduz görünür. Heç Bakıda belə iri ulduzlar gözə dəymir. Burda göy üzündəulduz az olsa da, amma çox iridir. Ay işığı isə lap günəş kimi hər tərəfi nura boyayır.Özümdən asılı olmayaraq, Ay işığına tərəf baxıram və yadıma böyük şair Ramiz Rövşənin«Ay işığı» şeiri düşür.

Ay işığı düşdü göydən,

canımdan-qanımdankeçdi,

Gözümün içindən keçdi,

Özümün içimdən keçdi,

keçdi, dabanımdankeçdi,

Az qaldı ki,

iki yerə bölə məni,

Başımdan göyə mıxladı,

dabanımdanyerə məni,

Haistədim,

addımata bilmədim…

Bax,bu ay işığı sanki məni Ramiz Rövşən demişkən,tutub saxlamışdı, yeriməyə qoymurdu. Elə deyirdi ki, dur Horadizdəki Heydərparkından mənə bax! Mən də bir müddət Ay işığına baxdım, baxdım, ulduzlara baxdım,axırdı yoruldum. Axırıncı armudu stəkandakı pürrəngi çayı qurtum-qurtum içdim…

Heydərparkında işıqlar bərq vururdu. «İnternetkafe» də isə şahmat oynayan kim, dominooynayan kim, nərdtaxta oynayan kim. Amma başqa yerdə olduğu kimi siqaret çəkən,dominonu bərkdən masanın üstünə vuran yox idi. Elə bil ki, ay işığının nurunda insanlarbir qədər də mehribanlaşmışdı və bir-birinə bir qədər də doğmalaşmışdı…

… Hər səhər nəinkibu parkda, Horadiz şəhərində Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları təmizlik işləri görürlər. Küçələr, xiyabanlar,parklar təmizlənir. Nə küçəyə, nə də parka kimsə tullantı atmaz. Artıq insanlarsəliqə-səhmana və təmizliyə tam riayət edirlər. Çünki Mənzil Kommunal TəsərrüfatıBirliyinin rəisi Teymur Qurbanov elə bir sistem yaradıb ki, orda çalışan əməkdaşlarsəhər, günorta və axşam saatlarında bir tullantını belə gözdən qaçırmırlar. Xüsusəndə isti yay günlərində təmizlik işləri iləməşğul olan qadınlar öz işlərinə daha vicdanla yanaşırlar. Mən çox yerdə olmuşam.Amma Horadizdəki kimi parklara, yaşıllıqlara qulluq edən insanlar görməmişəm. Onlarsanki hər bir ağaca, hər bir gülə, hər bir çiçəyə öz övladı kimi yanaşır…

… Axşam saat23:00-dır. Ayağa qalxırıq. Səlim dostumuzla sağollaşıb qızımgilə gedirik. Nədənsəaxşam səhərə qədər bir qədər narahat yatıram. Ümumiyyətlə, yerimi dəyişəndə heçvaxt rahat olmuram. Səhər saat 6-da ayağa qalxırıq. Arif deyir ki, Faiq müəllim,gəl gedək Bayraq meydanına, ora sərin olar! Maşina əyləşib Bayraq meydanına gedirik.Səhər saatları olmasına baxmayaraq, göydən «od» yağır. Maşını aşağıda saxlayıb pilləkənləyuxarı qalxırıq. Bir az qalxandan sonra əlində şlanq ağacları, otları, gülləri suvaranbir kişini görürük. «Sabahın xeyir!» deyirik. O da «Hər vaxtınız xeyir!» deyib güllərisuvarır.Tanış oluruq. Öyrənirik ki, onun adı Kamaldır, bir neçə ildir Mənzil KommunalTəsərrüfatı Birliyində işləyir. Kamalla qısa söhbət eləyirik. Günün istisində ağaclarısuvarmasından yorulub-yorulmadığını soruşurq. O isə dillənir ki, müəllim, hər günsəhər və axşam saatlarında bu ağacları şlanqla suvarırıq. Üstəlik də, burda yeddimindən çox ağac əkilib və gül kolları var. Onlar damcı üsuluyla suvarılır. Bu ağaclarəkiləndən hələ biri də qurumayıb. Müdirimiz Teymur müəllim hər gün bura baş çəkirvə bizə göstəriş verir. Allah sizdən də razı olsun ki, bizim kimi zəhmətkeş insanlarınəməyini qiymətləndirirsiniz.

… Pilləkənlərlə lapyuxarı qalxırıq. Aşağıdan bu yüksəkliyə 400-500 məsafə olar. Burdan bütün Horadizşəhəri və İranın Aslandüzü əl içi kimi görünür. Mamam oğlu Tehran tez-tez İrana,Aslandüzə gedir. Həmin yaşayış yerində onun çoxlu dostları var. Tehran deyir ki,İrandakı azərbaycanlı qardaşlarımız Aslandüzdən Bayraq meydanına baxıb sevinirlərki, babam, ora necə gözəldir, baxmaqla doymaq olmur!..

Mamaoğlumdan soruşurlar:

- Orda restoran var?

- Var, niyə yoxdu!

- O restoranda araq,çaxır, pivə verirlər?

- Verirlər.

- Tay onda deyinki, cənnətdə yaşayırsınız da. Biz isə burda pulumuz ola-ola həmin keyfi görə bilmirik.

Mamam oğlu Tehrandeyir ki, onları gətirdim Bayraq meydanına. Gəzdilər, dolandılar, axırda da o restorandao ki, var yeyib-içdilər. Heç getmək istəmirdilər…

… Axırıncı pilləkənləriqalxıb Bayraq meydanın çatırıq. Oturacaqda əyləşib dincimizi alırıq. Elə burda daağacları suvaran orta yaşlı bir kişiylə söhbətləşirik. Deyir ki, hər gün ağaclarısuvarmaqdan ləzzt alıram. Biz ağaclara, güllərə, çiçəklərə qulluq edib böyüdürük.Amma bura qalxıb istirahət edən bəzi mədəniyyətsiz adamlar o gördüyünüz daş sütunlarıtəpiklə vurub sındırıblar. Tumu çırtlayıb yeri zibilləyiblər. Üstəlik də ağaclarısuvardığımız şlanqı bıçaqla kəsib atıblar ağacların arasına. Ona görə də biz ağaclarısulayandan sonra şlanqı götürüb burdakı bağlı otaqların birinə qoyuruq. Çöldə qalsakimsə onu kəsib doğrayacaq.

… Günəş bir xeyliyüksəyə qalxıb. Və biz də bu yüksəklikdən Horadiz şəhərinə, Astandüzə tamaşa edirik.Hava burda çox sərindi. Həm də sərin bir meh əsir. Və bu sərin meh qəlbimizə, içimizəbir sərinlik gətirir. Bir azdan aşağı düşüb qızımgilə gedəcəyik və ordan da qudamınqardaşı oğlunun toyuna yollanacağıq. Çox gözəl, çox rahat bir ovtaqımız var. Düşünürəmki, bu yüksəkliyə qalxmaqla bütün ağrımızı, acımızı, dərdimizi və kədərimizi arxadaqoyuruq. Əsən sərin meh yenidən bizim qəlbimizə və ruhumuza sığal çəkir…


TƏQVİM / ARXİV