“Niyazi müəllimə daha böyük diapazonda çalışmaq lazım gələcək” - Gəncənin deputatı
Avqustun 28-də prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Elə həmin gün ölkə başçısı başqa bir sərəncamla Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.
Gəncə şəhərinin deputatı Musa QuliyevModern.az-aaçıqlamasında şəhərin yeni rəhbərliyindəki dəyişikliyə münasibət bildirib.
Deputat qeyd edib ki, İcra hakimiyyəti başçısının vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Prezidentin səlahiyyətində olan məsələdir:
"Ona görə də belə təyinatları müzakirə etmək ən azı siyasi etika baxımdan doğru deyil.
Eyni zamanda, həyatının çox hissəsi Gəncə ilə bağlı olan bir adam kimi söyləyə bilərəm ki, son 15 ildə ölkə başçısının xüsusi qayğısı ilə, şəhərin sabiq icra hakimiyyəti başçıları Eldar Əzizovun və Elmar Vəliyevin təşkilatçılığı ilə Gəncədə olduqca böyük işlər görülüb. İstər quruculuq-abadlıq istiqamətində, istərsə də ictimai-siyasi, mədəni mühitin yaxşılaşması baxımından”.
M.Quliyev bildirib ki, şübhəsiz ki, prezident yeni icra başçısının qarşısında yeni vəzifələr qoyub və tövsiyyələrini söyləyib: