adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Avqust 2018 11:36
10978
SİYASƏT
A- A+

Deputatlarımız ATƏT PA-nın payız sessiyasında bu məsələni qalıdaracaqlar

ATƏT Parlament Assambleyasının payız sessiyası Qırğıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək. Sessiyanın əsas mövzusu "Mərkəzi Asiya və onun hüdüdlarından kənarda təhlükəsizlik sferasında dialoqa dəstək" olacaq.

Adalet.az xəbər verir ki, bunu Modern.az-aaçıqlamasında Millli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib.


Tahir Mirkişili Azərbaycanın ATƏT PA-nın növbəti iclasında hansı məsələləri qaldıracağı barədə də məlumat verib.

"Təhlükəsizlik məsələsi Azərbaycanın ən çox diqqət verdiyi məsələrdən biridir. Azərbaycana qarşı hərbi təcavüz bütövlükdə regionda təhlükəsizliyə qarşı böyük təhlükədir. Cənubi Qafqazda Ermənistan tərəfindən hərbi təcazvüzün davam etməsi faktı və bunun bütövlükdə region üçün əsas təhllükə olması sessiya iştirkaçılarının diqqətinə çatdırılması planlaşdırılır”.