adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Avqust 2018 11:18
11478
DÜNYA
A- A+

Rusiya müharibəyə HAZIRLAŞIR

Rusiyanın sentyabrın 11-dən 15-nə qədər keçirəcəyi "Şərq-2018” adlı hərbi təlimləri növbəti dünya müharibəsinə hazırlıqdır.

Modern.az saytınınməlumatına görə, bu haqda nüfuzlu ekspert Pavel Felqenhauer .

Onun sözlərinə görə, müharibə təhlükəsi qapıdadır. Bu isə qlobal nüvə təhlükəsini artırır və ya böyük regional müharibələrin seriyasının başlanğıcıdır.

Pavel Felqenhauer bu qənaətdədir ki, təlimlərə 300 min hərbçinin cəlb olunması qlobal müharibəyə hazırlıqdır.

O bildirib ki, gələcəkdə belə təlimlərə cəlb olunacaq hərbçilərin sayı 400 min olacaq.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin vaxtından bu yana ən irimiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib.

Müdafiə naziri təlimlərə 300 min nəfərə yaxın canlı qüvvə və 36 min vahiddən çox yerüstü hərbi texnikanın cəlb olunacağını bildirib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, "Şərq-2018” adlı təlimlər sentyabrın 11-dən 15-nə qədər Mərkəz və Şərq hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Orada Sakit okean və Şimal donanması, o cümlədən Hava Desant Qüvvələri tam tərkibdə iştirak edəcək.

"Təsəvvür edin ki, eyni zamanda 36 min texnika hərəkətə gələcək-bunlar tanklar, BTR-lər, BMP-lərdir. Və bütün bunlar təbii ki, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə sınaqdan keçiriləcək”-müdafiə naziri deyib.