adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Avqust 2018 11:01
9127
İDMAN
A- A+

Autizmlilər arasında velosiped yarışı keçiriləcək

Sentyabrın 11-də Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

AİK-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Paralimpiya Komitəsinin və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AVİF), Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək.

İdmanın bu növü autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, həm də bu klublar arasında daha güclü idmançıları tapıb ortaya çıxarmaqdır.