Vahabzadənin ev-muzeyinin açılışı olacaq
Avqustun 31-də Şəki şəhərində xalq şairiBəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək.
Adalet.az-ın məlumatına görə, prezident İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə "Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalamışdı.
Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb.
2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri aparılıb. Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat nümayiş olunur.
Digər Xəbərlər
18 Aprel 2024 13:05
“Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında - VİDEO
18 Aprel 2024 12:0899 hər zaman 99-dur,100 deyil!
18 Aprel 2024 09:47Xalq artisti: "Qarabağı cənnətə çevirəcəyik" - VİDEO
17 Aprel 2024 18:30Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
17 Aprel 2024 17:55