adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Avqust 2018 16:35
7581
GÜNDƏM
A- A+

Al Bano Bakıya gəlir

Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatının açılış mərasiminə qatılacaq.

Adalet.az-ın məlumatına görə, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcəktədbirdə konsert proqramı ilə çıxış edəcək.

Daha çox "Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.

Qeyd edək ki, bu günə qədər Al Banonun dünyada 165 milyon albomu satılıb. Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.

Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20-27 sentyabrda keçiriləcək.