adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Avqust 2018 12:28
19727
TEXNOLOGİYA
A- A+

Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi

Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.

Bu barədə Adalet.az"Arianespace" şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.

"Azerspace-2/Intelsat 38” peyki "Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, "Horizons 3e” peykini də aparacaq.

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.