adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2018 11:52
9474
DÜNYA
A- A+

Türkiyə Kiprdə hərbi baza yaradır

Türkiyənin hərbi dairələri Aralıq dənizində Ankaranın maraqlarının müdafiəsi üçün təcili surətdə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazası yaratmaq istəyirlər.

Adalet.az xəbər verir ki, bu barədə "Yeni Şafak” qəzeti Türkiyə hərbi dəniz qüvvələri komandanlığının XİN-ə göndərdiyi müraciətə istinad edərək məlumat yayıb. Qeyd olunur ki, Ankara həmçinin, Şimali Kiprdə əvvəllər türk hərbi aviasiyasının istifadəsində olan Keçidqala aviabazasının bərpa edilərək yenidən istismara verilməsinin mümkünlüyünü də nəzərdən keçirirlər.