adalet.az header logo
  • Bakı 11°C
27 Avqust 2018 17:28
18905
MƏDƏNİYYƏT
A- A+

İsmayıllıda daha bir xalça emalatxanası tikiləcək

Prezident İlham Əliyev avqustun 27-də "İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.

Xatırladaq ki, avqustun 25-də Prezident İlham Əliyevin iştirakı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı açılıb. Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsi olaraq Horadiz, Şəmkir, Quba və Xaçmazda xalça emalatxanaları tikilərək istifadəyə verilib və bu sahədə işlər davam etdirilir.