adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Avqust 2018 16:47
9690
İDMAN
A- A+

Səkkiz yaşlı gimnast Mina Abbasovadan növbəti qızıl medal

Macarıstan Bədii Gimnastika Federasiyasının təşkilatçılığı ilə Budapeştdə XVII ənənəvi "Gracia” kuboku uğrunda yarışlar keçirilib. Yarışlarda ev sahibi Macarıstan ilə yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya Respublikası və Braziliyanın milli yığmaları da iştirak ediblər.

Əvvəlki turnirlərdə Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz Mina Abbasova bu dəfə Azərbaycanı təmsil edib. Çoxnövçülük yarışlarında həmyaşıdlarını böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran Mina Abbasova növbəti qızıl medalını Azərbaycan bayrağı altında qazanıb.

İkinci pilləyə Ukrayna təmsilçisi, üçüncü yerə isə rusiyalı gimnast sahib olublar.

2010-cu ildə Bakıda anadan olan Mina Abbasova valideynlərinin işi ilə əlaqədar müvəqqəti Budapeştdə yaşayır. İştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənən balaca gimnast idman karyerasına beş yaşından başlayıb. O, qısa vaxtda bir çox beynəlxalq yarışlarda uğurla iştirak edib.