Faiq QİSMƏTOĞLU: DÖVLƏTƏ SƏDAQƏTLİ ADAM

FAİQ QİSMƏTOĞLU
40935 | 2018-08-27 14:25

... Onunla1994-cü ilin iyulundan dostluq eləyirdim.Düzdür, mənjurnalist idim, o icra başçısı. Amma bizim aramızda elə bir səmimi münasibətyaranmışdı ki, bu əlaqə dostluğa çevrilmişdi. Hər dəfə də Aslan müəllimlə görüşəndəelə bilirdim ki, öz doğmamla, əzizimlə ünsiyyətdə oluram... Elə bilirdim çətingündə, ağır gündə dağ boyda bir arxamvar... Və günlərin bir günündə o dağboyda arxam, qürurlu, ləyaqətli, ağayana Aslan Aslanov Haqq dünyasınaqovuşdu...

Mənonun mərdliyinə, qüruruna, ləyaqətinə və kişiliyinə məəttəl qalırdım. O, budünyaya kişi kimi gəldi, kişi kimi də Allahın dərgahına döndü. Ən ağır xəstəlikbelə onu sındıra bilmədi. Son ana, son nəfəsinə qədər bu ağır xəstəlikləmücadilə elədi, mübarizə apardı və sıxıntısını da heç kimə bildirmədi. Hər dəfədə bayram günlərində telefon açıb təbrik eləyirdim. O da özünəməxsusağayanalıqla, mərdliklə və kişiliklə mənə öz minnətdarlığını bildirirdi. Deyirdi ki, vəzifədən çıxandansonra məni axtaran ən sadiq dostlardan birisən. Mən də deyirdim ki, Aslan müəllim,sən indi vəzifədə olduğundan da yüksək səviyyədə duran bir ziyalısan. Çünki sənvəzifədə olanda hamıya yaxşılıq eləmisən, çörək vermisən, arxa durmusan. Bu həqiqətəndə belə idi. O, Şəmkir rayon icra hakimiyyətinin başçısı vəzifəsində uzun müddətçalışanda da, kənd təsərrüfatı nazirinin müavini işləyəndə də həmişə insanlarasevgiylə, diqqətlə yanaşıb. Heç kəsə yuxarıdan aşağı baxmayıb. Və onundünyasını dəyişməyi də, sizi inandırım ki, vəzifəli şəxslərdən çox sadəinsanları daha da sarsıdıb. Aslan Aslanov elə öz doğma yurdunda - Şəmkirrayonunun Əliyaqublu kəndində son mənzilə minlərlə insanın çiynində yolasalınıb.

İstədimonun haqqında daha ətraflı yazı qələmə alım. Amma bu fikrimdən daşındım. ÇünkiAslan müəllim barəsində 17 noyabr 2017-ci ildə belə bir başlıqda yazıyazmışdım: "Dövlətə sədaqətli adam". Aslan müəllim o yazını oxuyandansonra elə bil ki, dünyanı ona vermişdin. Axı biz çox qəribə millətik. Vəzifədəolmayanda insanları yada salmırıq. Maraqlıdırki, mənim yazım Aslan müəllimə düşmüşdü. Yəni yazımın ayağı onun üçün yüngülolmuşdu. Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov "Tərəqqi"medalı ilə təltif edilmişdi. Mən yazını çox uzadıb oxucunu yormaq istəmirəm. Elə həmin yazını oxucuların diqqətinətəqdim edirəm. Qoy Aslan müəllimin ruhu şad olsun, məzarı nurla dolsun! Və buyazı həm də Aslan müəllimin qohum-əqrəbasıüçün bir təsəlli olsun!..

***

... Onda istiyay günləriydi. Hava o qədər istiydi ki, Bakıda nəfəs almaq mümkün deyildi. Qəzetimizinbaş redaktoru Aqil Abbas məni otağına çağırdı və dedi ki, hazırlaş, bir saatdansonra Şəmkirə yola düşürsən. Aşağıda səni maşın gözləyir. Mən də aşağı, 1-ci mərtəbəyədüşdüm, orda hündürboy, dolu bir insanla tanış oldum. Gülə-gülə mənə dedi ki,heç darıxma, üç-dörd saata Şəmkirdə olacağıq. Sözün düzü, evə getməliydim vəevdə də üst-başımı dəyişməliydim. Çünki bu üst-başla rayona ezamiyyətə getməkolmazdı. Maşına əyləşən kimi, həmin adam dedi ki, gəlin tanış olaq: adım Oruc,soyadım Abdullayevdi. Azərbaycan Texnologiya Universtitetinin professoruyam.Sonradan biz bir-birimizə daha yaxından tanış olacaqdıq, çörək kəsəcəkdik vəyoldaşlıq edəcəkdik. İki daşın arasında evə dəydim, üst-başımı dəyişdim və evdəkiləriarxayın elədim ki, narahait olmasınlar, bir-iki günə qayıdıram...



Biz Oruc müəllimləaxşam saat 8-də Şəmkirə çatdıq. Orda da hava çox istiydi. Ancaq Bakıdakı kimi bürkülü deyildi. Əvvəldən Aqilmüəllim mənə demişdi ki, Şəmkirin icra başçısı Aslan Aslanovdan müsahibəalarsan. Nədən və necə yazmağı da bir daha mənə xatırlatmışdı. Gec olduğu üçünaxşam qonaq otağına düşdüm. Amma bir də gördüm ki, qonaq otağında telefon zəngçalır. Dəstəyi qaldırdım, Aslan müəllimin səsini eşitdim:

- Xoş gəlmsiniz!Rahat dincəlin, sabah səhər görüşərik!..

Telefonda o qədərsəmimi danışdı ki, elə bil nə vaxtdı bir-birimizi tanıyırmışıq. Onun səmimiyyətinəvə sadəliyinə heyran qaldım. Səhər Aslan Aslanovla icra hakimiyyətininbinasındakı kabinetində görüşdük. Və söhbətimiz də çox maraqlı alındı. Hissetdim ki, bu adam Ulu Öndər Heydər Əliyevə, onun apardığı siyasətə sədaqətlibir adamdı. Elə sözünün əvvəli də, axırı da Heydər Əliyevlə bağlıydı. Bir neçəsaat söhbətimiz davam elədi. O, rayonun iqtisadi və sosial inkişafından, mədənihəyatından və eləcə də Gürcüstan-Azərbaycan münasibətlərindən eşitmədiklərimizsöhbətləri danışdı. Mən də bir müsahibə hazırladım və bir neçə gündən sonra"Ədalət" qəzetində dərc olundu. O müsahibənin sərlövhəsi belə idi:"İcra başçısı başının altına yastıq qoyub yatsa, o rayonun daşı daş üstünəqalmaz". Sözün düzü, müsahibə çox əks-səda vermişdi və hər şey olduğu kimiqələmə alındığından normal qarşılanmışdı.

Bütün bunlar1994-cü ilin isti yay günlərində baş verib. Elə o vaxtdan Aslan Aslanovla bizimaramızda çox səmimi, mehriban dostluq münasibətləri yarandı. Ezamiyyətə getməkistəyəndə Aqil müəllimdən xahiş edirdim ki, məni Gəncə-Şəmkir istiqamətinə göndərsin.Çünki orda özümə çoxlu dostlar tapmışdım. O dostlar ki, təmənnasız yoldaşlıq eləyirdilərvə bir-birimizi axtarırdıq. Onsuz da mənim Şəmkirdə Rəhman Salmanlı kimi çoxsaf, duru ziyalı tələbə dostum vardı. Rəhmana görə həmişə şəmkirliləri çox istəyirdim.Düşünürdüm ki, onlar da Rəhman kimi saf, sədaqətli insanlardı. Və bu düşüncələrimdə məni heç vaxt yanıltmırdı...

Aslan AslanovHeydər Əliyev məktəbinin yetirmələrindəndir. O, Heydər Əliyev siyasi kursunu,onun həyata keçirdiyi böyük siyasəti həmişə dəstəkləyib və davam etdirib. Məhzbu bacarığına, qabiliyyətinə görə də, Ulu Öndər Heydər Əliyev həmişə AslanAslanova lazımi tapşırıqlar verib. O tapşırıqlardan biri isə Azərbaycan-Gürcüstanmədəni münasibətlərinin və dostluq əlaqələrinin qurulması ilə bağlıdır. YəniAslan müəllim Ulu Öndərin tapşırığı ilə bu missiyasının altına çiyin verib və həmişədə çalışıb ki, ona verilən etimadı doğrultsun. Bu mənada Aslan müəllim böyükictimai-siyasi xadim Nəriman Nərimanovun, yazıçı-dramaturq Cəlil Məmmədquluzadəninev muzeylərinin himayəyə götürülməsində və yenidən mədəniyyət nümunələrimizinsırasına qayıtmasında çox böyük xidmətlər göstərib. Eyni zamanda, bu gün NərimanNərimanovun, eləcə də Cəlil Məmmədquluzadənin ev muzeyləri Respublika Mədəniyyətvə Turizm Nazirliyinin mülkiyyətinə verilib. Hələ Fətəli Xan Xoyskinin itmiş qəbrininüzə çıxmasında və bərpa edilməsində onun nə qədər xidmətləri olub. Aslan müəllimitanıyanlar bunu yaxşı bilirlər. Aslan müəllimin köməkliyi ilə onun məzarı aşkaredilib, başqa yerə köçürülüb və orda abadlıq işləri görülüb. Təsadüfi deyil ki,Ulu Öndər Heydər Əliyev özü 1996-cı il mart ayının 9-da Gürcüstanda olarkən FətəliXan Xoyskinin büstünün açılışında iştirak edib. Gürcüstandakı tanınmışsoydaşlarımızın Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynulla Eynalı bəySultanov, Behbudağa Şaxtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanovvə başqalarının nəşi dəfn edilib. Siyahıda adları əbədəşdirilənlərə ehtiram əlamətiolaraq ərazidə səliqə-səhman yaradılıb, yaşıllaşdırma işləri aparılıb,dekorativ güllər əkilib, yollar abadlaşdırılıb.

Tbilisinin mərkəzindəböyük mütəfəkkir Mirzə Fətəli Axundovun ikimərtəbəli möhtəşəm mülkü erməni vəerməni qarışıq ailələrdən geri alınıb. Və həmin mülk muzeyə çevrilib və Azərbaycanınmədəni irsi kimi tarixə qovuşub. Bütün bu məsələlərin öz həllini tapmasındadövlətə və dövlətçiliyə xidmətiylə fərqlənmiş Aslan Aslanovun əvəzsiz zəhmətiolub.

Hamının yaxşıyadındadır ki, bir vaxtlar Gürcüstanda ötən əsrin 90-cı illərin əvvəllərindəsoydaşlarımıza ermənilər və yerli gürcü şovinistləri tərəfindən böyük təzyiqlərolunurdu ki, onlar ölkəni tərk eləyib Azərbaycana pənah gətirsinlər. Bax, ondada Ulu Öndər Heydər Əliyev siyasətini Aslan Aslanov çox məsuliyyətlə həyatakeçirə bildi. Elə bir həftə olmazdı ki, o, öz komandası, ətrafıyla Gürcüstanagetməsin, orda yaşayan həmyerlilərimizə maddi və mənəvi kömək göstərməsin. Birçox məscidlər, məktəblər həmin dövrdə əsaslı surətdə təmir olundu, GürcüstandaAzərbaycan dilində oxuyan şagirdlər kitablarla və müxtəlif dərs ləvazimatlarıilə davamlı olaraq təchiz edilirdilər.

Bir dəfə qonaqotağında olanda mən çox istedadlı xalq şairi Nəriman Həsənzadə ilə görüşdüm. Nərimanmüəllim də mehriban və səmimi bir ziyalıdır. İki daşın arasında bizi süfrəyə dəvətetdi və çörək kəsdik. Dedi ki, mən öz dostlarım - Mikayıl Mirzə, Məleykə Əsədovavə Laləzar Məmmədova sabah Gürcüstana gedirik. Çünki Aslan müəllim özü bizibura dəvət edib və bizimlə də Gürcüstana gedəcək. Gərək bizim bir əlimizGürcüstanda yaşayan qardaş-bacılarımızın üstündə olsun ki, onlar da istiocaqlarından didərgin düşməsinlər.

Təbii ki, insanvəzifəsindən, şöhrətindən asılı olmayaraq, o vaxt xalq tərəfindən sevilir ki,o, insanların arasında görünür. Aslan müəllim vəzifədə olanda həmişə xalqınyanında olub... Aslan müəllim kabinetində heç vaxt rahat əyləşməyib... Aslan müəlliminbir ayağı Şəmkirdə, bir ayağı da Gürcüstanda olub...

İnsan vətəninə,xalqına, millətinə bağlı olanda daha böyük və daha əzəmətli görünür. Aslan müəllimiəzəmətli edən həm də Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi olması idi.Çünki bu təcrübə, bu metod həmişə onun dadına, köməyinə çatırdı.

Onu gözü götürməyənlərdə vardı. Və bir dəfə də 90-cı illərin əvvəllərində ona sui-qəsd edildi. Maşınıgüllə-borana məruz qaldı. Amma Allah çox istədiyindən Aslan müəllim bu terroraktından xilas olumuşdu. Onu Müdafiə Nazirlyinin hərbi hospitalına gətirmişdilər.Mən də həmin günlər onun ziyarətinə getdim və gördüm ki, otaqda çoxlu tanınmışşəxslər var. Amma onda da bir daha əmin oldum ki, Aslan Aslanov Heydər Əliyev vədövlətçiliyimiz yolunda hətta ölüməyə də hazır idi. Yəni o, Ulu Öndərintapşırığını yerinə yetirərkən kimlərinsə xəyanətini, kimlərinsə arxadan bıçaqvurmasını gözləyirmiş...

Aslan müəllimhansı vəzifədə olubsa, ona bir ucalıq, şərəf gətirib. O, bir müddət də Kənd Təsərrüfatınazirinin müavini vəzifəsində çalışıb. Onda da öz əzəməti, öz ləyaqəti, qürur vəməsuliyyətiylə hörmət qazanıb. Yəni bu cür dəyərli insanlar harda olmasındanasılı olmayaraq, həmişə dövlətə və ölkə Prezidentinə sədaqətlə xidmət edir.

Birvaxtlar ona qarşı haqsız hücumlar da oldu. O böhtan qalmadı ki, ona atmasınlar.Amma bu böhtanın heçbiri Aslan müəllimə yapışmadı. Başqa sözlə demiş olsaq, yer qayadan heç nəaparmadı. Sadəcə olaraq, o cür böhtanlar bir balaca milçək kimi ürək bulandırdıvə bumeranq kimi hər şeydə onların özünə qayıtdı.

Aslan Aslanov bugün də Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə sədaqətlidir. Hardaolmasından asılı olmayaraq, həmişə dövlətin və dövlətçiliyin yanındadır. O, əvvəllərnecə qürurluydusa, necə ağayanaydısa, bu gün də elə həmin görkəmdədir. Sadəcəolaraq, dəyişən zamandı. Zaman dəyişir, Aslan müəllim isə elə həminki ictimaisiyasi xadim və ziyalıdır. Aslan Aslanov YAP Siyasi Şurasının üzvüdür.

Heç mən onu uzunillərdir görmürəm. Amma əməlləri, dövlətə olan sədaqəti və sevgisi heç vaxtyadımdan çıxmır. Bəlkə də Azərbaycanda çox nadir icra başçıları tapılardı ki,Aslan müəllim qədər jurnalistlərə sevgisi və qayğısı olardı. Amma bəzijurnalistlər onun çətin anında o istəyə kölgə saldılar. Ancaq yenə Allah-Təalasevdiyi insanları həmişə qoruyur. Və Aslan müəllim də bu gün respublikamızdasayılıb-seçilən, məclislərdə insanlar tərəfindən hörmət edilən, eyni zamandahörmətlə xatırlanan ziyalılardandır.

O insan ki,ziyalıdır, onun qəlbi Vətən, dövlət eşqiylə döyünür, o insanlar həmişə cəmiyyət,xalq tərəfindən sevilir və yada salınır. Biz elə düşünürük ki, Aslan Aslanov daAllahın və insanların yadından çıxmayan böyük bir ziyalıdır.



TƏQVİM / ARXİV