adalet.az header logo
  • Bakı 13°C
28 Avqust 2018 11:07
13600
MARAQLI
A- A+

Aydakı Nikolas Tesla

Nikola Teslanı uğura aparan yol

Nikola Teslamüasir dəyişən cərəyanda elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.

Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var.

Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq bir çoxpatentləri bütün dünyaölkələrində təsdiqlənib. Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb.


Nikola Tesla kitabları tam yadda saxlayaraq bir çox əsərlər oxuyurdu. O, güman ki, fotoqrafik yaddaşa malik idi. Poliqlot idi və səkkiz dildə danışa bilirdi: serb-xorvat, çex, ingilis, fransız, alman, macar, italyan və latın.

Həyatının ilk illəri ərzində Tesla zaman-zaman müxtəlif xəstəliklərə tutulurdu. O, tez-tez qarabasmalarla müşayiət olunan, gözlərinin önündə işığın gözqamaşdırıcı parlaqlığı kimi təzahür edən qəribə xəstəliklərdən əziyyət çəkirdi.

Sadəcə olaraq, əşyanın adını eşitməklə, Tesla real təfərrüfatı ilə onu təsəsvvür edə bilərdi. Tesla ifrat dəqiqliklə, o cümlədən bəzən vizual təfəkkür kimi məlum olan texnika, quruluş mərhələsinə keçənədək bütün ölçülər daxil olmaqla, ixtirasını fikrən təsəvvür edə bilərdi.

Tesla heç vaxt iki saatdan çox yatmadığını bildirirdi. Lakin Tesla etiraf edirdi ki, zaman-zaman öz enerjisini bərpa etmək üçün mürgüləyirdi.

Teslanın anası Duka Tesla serb epik poemalarını əzbərləmək bacarığına, mexaniki cihazlar və ev işi vasitələri hazırlamaq kimi istedadlara malik idi. Duka heç vaxt rəsmi təhsil almamışdı. Tesla eidetik yaddaşın və kreativ bacarıqların ona anasından keçdiyinə inanırdı.


Təxminən 120 il əvvəl, 1893-cü ildə Çikaqoda Ümumdünya sərgisində Teslaelektrodinamik induksiya adlanan prosesdə bir sıra fosforlu lampaları yandıraraq simsiz elektrik ötürülməsini nümayiş etdirdi.

O, hər zaman arzu edirdi ki, möhtəşəm bir gündə bu yeni texnologiya dünyanın bir çox yerlərinə yayılaraq, ayrı-ayrı əraziləri rahat elektriklə təmin edəcək. İndi, artıq bir əsrsonra"Intel” və "Sony” kimi nəhəng şirkətlər nonradiative enerjinin mobil telefonlar kimi cihazlara transfer edilməsi ilə maraqlandılar. Belə ki, bununla biz elektrik mənbəyinə qoşulmadan telefonumuzu enerji ilə təmin edə bilərik.

Bəzi iddialara görə, 1930-cu illərdə Nikola Tesla şüa hissəciklərindən silah hazırlayıbvə bunu "ölüm şüası” adlandırırdılar. Nəzəri olaraq, cihaz sıx enerji şüalarını yarada bilirdi və bununladüşmən təyyarələrini, ordularını və digər əşyaları məhv etmək mümkün idi.

Tesla "Ölüm şüası”nı özü istehsal edə bilməsə də,bu cihazı ayrı-ayrı hərbi birləşmələrə satmağa çalışırdı.

Tesla 1898-ci ildə bir oskillator yaratdığını və bu cihazın öz ətrafında yerləşən binaları sarsıda biləcəyini elan etdi. Cihazın özünün çəkisi cəmi bir kiloqram idi, lakin alim silkələnmə tezliklərinin zamanını elə tənzimləmişdi ki, hər bir kiçik vibrasiya dalğalara daha böyük enerji əlavə edirdi.

Kifayət qədər həcmdə olan bu kiçik dalğalar hətta ən böyük binanı belə parçalara ayıra bilərdi. Öz ixtirasının potensial təhlükələrini görən Tesla onu çəkiclə dağıtmışdı.

Tesla özlüyündə təsəvvür edirdi ki, gələcəkdə bütünlükdə robot irqi təhlükəsiz və effektiv olaraq insanların işini yerinə yetirə biləcək. 1898-ci ildə o, radio ilə nəzarət olunan qayıq yaratdı və bir çoxları bunu "robot texnikasının yaranması” hesab edirdi.

O əvvəlcədən bildirmişdi ki, gələcəkdə dünya ağıllı maşınlarla, robotlarla, müxtəlif sensorlu və avtonom sistemlərlə zəngin olacaq.


Teslanın elektromaqnetizm sahəsində apardığı tədqiqatlar həkimlərə xəstənin daxili orqanlarını onun qarnını açmadan da görməyə imkan verdi. Lakin 1880-ci illərin sonlarında bu ideya olduqca dəlisov bir ideya kimi görünürdü.

Bununla yanaşı, rentgenin alman fiziki Vilhelm Rentgen tərəfindən aşkar edildiyini deyirlər. Lakin məhz Nikola Tesla rentgendən səkkizil əvvəl öz eksperimentlərində bu texnologiyanı müəyyən etmiş və bildirmişdiki, bu şüalardan istifadə edilməsi insan orqanizminə bir çox təhlükələr yarada bilər.

Bundan başqa, Teslanın xəyalı dünyaya pulsuz enerji paylanılmasını təmin etmək idi. 1900-cü ildə investor Morqanın verdiyi 150 mindollarla Tesla Nyu-Yorkun Long Island bölgəsində simsiz yayım sistemi "Wardenclyffe” adlı qüllənin tikintisinə başlayır.

Bu qüllə dünyanın telefon və teleqraf servislərini əlaqələndirmək üçün inşa olunurdu, ancaq Morqan bunun dünyaya pulsuz enerji paylayacağını bilir və bu işi davam etdirmək istəmir. Əgər Morqan dəstək olsaydı, hal-hazırda dünya pulsuz enerji əldə edərdi.

Hazırda dünyada Nikola Tesla mükafatı təsis edilib. Bundan başqa, elektrik maşınları şirkəti olan "Tesla Motors”, ümumi təyinatlı qrafik prosessorlar brendi olan "Nvidia Tesla”, İsveçin telekommunikasiya avadanlıqları istehsalçısı "Ericsson” şirkətinin Xorvatiyadakı filialı "Ericsson Nikola Tesla” kimi müəssisələr də mövcuddur.

İyulun 10-u Xorvatiyada Nikola Tesla günü kimi qeyd edilir. Tesla maqnit induksiyasının Beynəlxalq Sistemlərdə törəmə vahididir. Kosmosda "2244 Tesla” adlı kiçik planet və ayın görünməyən tərəfində 26 kilometr enliyində "Tesla” krateri mövcuddur.