adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2018 11:00
20288
MARAQLI
A- A+

Dünyanın qadağan olunmuş bölgələri

Adalet.az saytı sizə dünyanın qadağan olunmuş bölgələri haqqında toplanan məlumatları təqdim edir. 






Svalbard Toxum anbarı - Norveç

Əgər böyük bir təbii fəlakət nəticəsində dünya bütünlüklə dəyişməyə məruz qalarsa adamların sayı azalar, qida mənbələri dağılar. Həyatda qalan az sayda insan da hər şeyi yenidən qurmaq məcburiyyətində qalar. Hollivud filmlərinin ssenarisinə bənzər tək bir yer var, o da Norveçdəki Svalbard Toxum anbarıdır.




Bura Norveçin Arktik Svalbard qrup adalarından biri olan Spitsberqen adasındakı 120 metr dərinlikdə anbardır. Şimal Qütbünə 1300 km məsafədəki toxum anbarı dünyanın ən yaxşı qorunan yerlərindən biridir.

2008-in fevralında açılan anbarda dünyanın hər bölgəsindən 250 milyon toxum var. Bunlar rütubətdə də, isti çox olanda da toxumu qoruya biləcək şəkildə dörd qat paketlənmiş halda saxlanılır.




Bu anbar üçün Spitsberqen adasının seçilmə səbəbi qorumağı asanlaşdıracaq donmuç torpaqlarının olması və dəniz səviyyəsindən 130 metr yüksəkdə olmasıdır. Buradakı toxumların yüzlərlə hətta minlərlə il qoruna biləcəyi deyilir. Amma xüsusi araşdırma, ya da bitki yetişdirməklə məşğul deyilsinizsə anbara girməyiniz qadağandır.

Niihau adası – Havay adaları

Niihau Havay adalarının ən kiçik adasıdır. Palmaları, nəsli tükənməkdə olan heyvanları və turistlərin gəlməməyi ilə seçilən tətil yeri kimi görünə bilər. Amma 180 kvadrat km böyüklüyündəki bu adaya insanları gəlməyi qadağandır.

Havay Kralı Kamehameha 1863-də plantasiya sahibi olan varlı Robinson ailəsinə adanı satıb. 1915-ci ilə kimi ada xaricilərin üzünə bağlı qalıb. Adada nə yol, telefon, kanalizasiya, bulaq, nə də bir dükan var. Nəqliyyat kimi at və velisopedlərdən, elektrik enerjisi kimi günəş enerjisindən istifadə olunur. Ərzaqlar isə başqa adalardan gətirilir. Uşaqlar hər həftə təhsil almaq üçün Kauai adasına gedir.




Fəqət bu kiçik ada tarixdə vacib bir rol oynayıb. İkinci dünya müharibəsi ərəfəsində Yapon qırıcıları ABŞ-ın Havay adalarındakı Pearl Harbour limanını bombalayarkən bir Yapon pilot adaya düşüb və yerliləri bir həftə boyunca terrordan qoruyub. 1944-də ABŞ prezidenti Franklin Rozevelt Niihau adasını Birləşmiş Millətlər birliyinin mərkəzi olmağa namizəd yerlər sırasında dəyərləndirmişdi.

Bugün ada sakinləri tərəfindən dəvət edilmədiyi təqdirdə qıraqdan kiminsə adaya girməsinə icazə verilmir. Amma buna rəğmən adanın səmasında helicopter turu ya da gəmi turları yoluyla uzaqdan da olsa ada haqqında bir təsəvvürə malik olmaq mümkündür.


Dilimizə çevirən Emin Akif