Əlilliyi olan gənclərin 100 illik soyqırım haqqında maarifləndirilməsinə start verildi
"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə avqust ayının 1-dən "Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi və Şamaxıdakı xatirə abidəsinə ziyarətin təşkili” layihəsinin icrasına başlayıb.
Bu konfransın məqsədi "Sağlamlıq imkanları məhdud gənclərin arasında soyqırımının yüzüncü ildönümü” ilə əlaqədar tariximizin təbliğini aparmaq,ölkəmizdə baş vermiş siyasi, mühüm hadisələrlə bağlı məlumatlandırmaq və onların informasiya balansının artırılmasına yardımçı olmaqdır.
Layihənin sonunda əlilliyi olan gənclərin Şamaxı şəhərində soyqırım abidə kompleksinə ziyarəti təşkil olunacaq.
Tədbirin sonunda Təşkilata yeni üzv olanların üzvülük vəsiqələri və son 6 ay müddətində fəallıq göstərən təşkilat üzvülərinə isə fəxri fərmanlar təqdim edildi.