adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Avqust 2018 11:03
10264
ELM VƏ TƏHSİL
A- A+

Yeni tələbələrin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin(I mərhələdən sonra)qeydiyyatı sabah başa çatır.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər28 avqust saat 17:00‑dəksənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isəsentyabrın 3-dəkdavam edəcək.