adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Avqust 2018 16:03
11466
DÜNYA
A- A+

İranın iqtisadiyyat naziri istefaya göndərildi

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.

"İRNA" agentliyinin yaydığı məlumata görə, bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib.

Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb.