adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Avqust 2018 15:09
10192
DÜNYA
A- A+

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı daha 2 nəfər həbs edilib

ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.

Trend-in məlumatına görə, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb.