adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Avqust 2018 12:39
9602
İDMAN
A- A+

Abramoviç “Çelsi”ni satır

Rusiyalı iş adamı Roman Abramoviç "Çelsi” futbol klubunu satmaq üçün "Raine Group” investisiya bankına müraciət edib.

Bu barədə Adalet.az "Sunday Times”a istinadla xəbər verir.

Eyni zamanda London klubundan bu məlumatı təsdiqləməyiblər və bildiriblər ki, "sahibi klubu satmaq barədə düşünmür”.

İyunun əvvəlində "Daily Mail” britaniyalı milyardçı Cim Retkliffin Abramoviçə "Çelsi”ni 2 milyard funt sterlinqə satmaq təklifi barədə yazmışdı. Nəşrin məlumatına görə, Abramoviç rədd cavabı verib.