adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Avqust 2018 17:01
7308
GÜNDƏM
A- A+

Merkelin Azərbaycana səfəri başa çatıb

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də Azərbaycan Respublikasına səfəri başa çatıb.

Adalet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.