adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2018 14:20
7897
MƏMLƏKƏT
A- A+

Bakıda 2340-dan çox şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş...

Bakıda sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi və işıqforun qırmızı işığından keçmə ilə bağlı yol - hərəkəti qaydalarının pozuntularının sayı açıqlanıb.

Bu haqda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, 2018-ci ilin əvvəlindən avqustun 12-dək Bakı şəhəri üzrə sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə 2344 qayda pozuntusu aşkarlanıb.

"Həmçinin bu ilin avqustun 12-dək qeydə alınan pozuntuların 19 min 327-i məhz işıqforu qırmızı işıqda keçmə ilə bağlı olub”-deyə V.Əsədov bildirib.(modern.az)