adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Avqust 2018 11:19
14124
MARAQLI
A- A+

Ayı turistə hücum etdi, turist onu qorxutdu

İspaniyanın Kataloniya bölgəsindəki Aran vadisində qonur ayı Fransadan olan turistə hücum edib. Lakin turist ac və qəzəbli ayını qorxudaraq qaçmağa vadar edib.

Adalet.az The Local-a istinadən bildirir ki, Fransanın Nant şəhərindən olan 22 yaşlı Lukas Merle İspaniyanın Pireney bölgəsini atası və qardaşı ilə birlikdə dolaşırdı. O, qayaya dırmaşanda ayı ilə qarşılaşıb.

Üç balasının yanında olan ana ayının yanına üz tutmuş Lukası atası və qardaşı dayandırmağa çalışsalar da, artıq gec idi.

Qəzəbli ana ayı Lukasa tərəf qaçıb.

"Qaçdım, amma ayı əl çəkmirdi. Hiss etdim ki, yoruluram. Qaçıb canımı qurtara bilməyəcəyini anlayanda əllərimi qaldırdım, qışqırmağa başladım. Ayı iki dəfə irəli atıldı, üçüncü dəfəsində nərə çəkdi. Mən də var gücümlə qışqırdım.

Ayı qorxdu, geri çəkilib qaçdı", - Lukas Merle deyib.

Qorxusunda kolluqda gizlənən Lukası atasının çağırdığı xilasedicilər tapıblar.

Turistləri 3 vertolyot təxliyyə edib.(milli.az)