adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2018 11:06
15037
MARAQLI
A- A+

Azan səsindən şikayət edən qadın həbs edildi

Dünyanın ən sıx müsəlman ölkəsi sayılan İndoneziyada Azan səsinin yüksək olmasından şikayət edən buddist qadın dini təhqir etmək maddəsi ilə həbs edilib.

Adalet.az xəbər verir ki, əslən çinli olan Meiliana adlı xanım məhkəmənin hökmü ilə 1,5 il azadlıqdan məhrum edilib.

Bildirilir ki, 44 yaşlı qadın İndoneziyanın Medan şəhərində evinin yanındakı məscidə gedərək səsin azaldılmasını istəyib. Meiliananın şikayətindən sonra, buddist məbədlər yandırılıb, qəzəbli kütlənin hücumundan qorxan çinlilər evlərini tərk edib.

Qeyd edək ki, bu hadisədən sonra ölkədəki 800 minə yaxın məscidin səs sistemlərinə yenidən baxış keçirilib.

Xatırladaq ki, təxminən 260 milyona yaxın əhalisi olan İndoneziyanın 87%-i müsəlman, 7%-ni isə buddistlər təşkil edir.