adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Avqust 2018 17:19
6102
GÜNDƏM
A- A+

Muxtar Babayev yeni səfiri qəbul edib

24 avqust 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İslandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottir arasında tanışlıq görüşü keçirilib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İslandiya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.