Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Murad Köhnəqala: "İndiki gənclər pəncərədən o tərəfə keçə bilmirlər" Adalet.az | Murad Köhnəqala: "İndiki gənclər pəncərədən o tərəfə keçə bilmirlər" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Murad Köhnəqala: "İndiki gənclər pəncərədən o tərəfə keçə bilmirlər"

Aqil Abbasla Murad Köhnəqlanın söhbəti

21841    |   2018-08-25 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünlərdə Murad Köhnəqalanın yolu Azərbaycan nəşriyyatına düşmüşdü. Təbii ki, o, Ədalət qəzetinə də, onun qurucusu Aqil Abbası da ziyarət etdi. Həmişə qələm adamlarını böyük sevgilə qarşılayan Aqil müəllim bu dəfə də Muradı söhbətə çəkdi. Həmin söhbəti sizə də təqdim edirik.




Aqil Abbas: - Murad, xoş gördük, necəsən?


Murad Köhnəqala: - Yaxşıyam, sizi görmək mənim üçün çox xoşdur.


Aqil Abbas: - İşlərin necə gedir?


Murad Köhnəqala: - Nəşriyyatda Ramiz var, biz ona motor Ramiz deyirik, o gün mənə deyir ki, sənin adın bundan sonra oldu Maxaraşvili.


Aqil Abbas: - Eşitdim, oğlun hərbi xidmətə yollanıb. Sağ-salamat qayıdıb gəlsin. Vətənimizi qorusun. Oxudumu bir yerdə?


Murad Köhnəqala: - Kollec bitirdi.


Aqil Abbas: - İndi sənə əsgər atası deyəcəklər, hə? İl yarım?


Murad Köhnəqala: - Hə,il yarım.


Aqil Abbas: - Yaradıcılıqda yenilik var?


Murad Köhnəqala: - Aqil müəllim, uşaqlar üçün bir povestim var, bir də hekayələrim. Hardasa ona yaxın hekayədir, istəyirəm onları kitab halında çap etdirim. Maliyyə mənbəyi yoxdur deyə kitab ərsəyə gəlmir. Bir ideyam var ki, haradansa maliyyə dəstəyi tapım, kitabı çap etdirim və şəxsən özüm müəssisələrə, partiyalara verim. Tutaq ki, hansısa partiya sədri ilə danışım. Deyim ki, sizin üzvlərin ailələri var, uşaqları var. Qoy o kitabı uşaqlar oxusun.


Aqil Abbas: - Partiyanı qoy bir kənara. QHT olar, qəzet olar, sayt olar. Elə 30 gündəlik çıxan qəzet var, hərəsi 20-sini alsa, 600 eləyir.


Murad Köhnəqala: - Çox istəyirəm ki, o kitabı uşaqlar oxusun. Orda insana, heyvana məhəbbət var.


Aqil Abbas: - Bəlkə verəsən hissə-hissə çap edək? Qonorar da verərəm.


Murad Köhnəqala:- Olar, verərəm, çap edərsiniz. Qonorarsız işiniz olmur da. Sizə bir şey deyim. "Ədalət" qəzeti həmişə ədəbiyyata qucaq açıb. "525-ci qəzet" də həmçinin. Ədəbiyyat adamları çöllərdə qalıb gülüş hədəfinə çevriləndə siz onlara dəstək oldunuz. Hətta sizdən sonra bəzi siyasi qəzetlər də ədəbiyyat səhifələri yaratdılar. Və hətta indiki gənclər də sizin dəstəyinizi görürlər və sizə minnətdardırlar.


Aqil Abbas: - Böyük danışmaq kimi çıxmasın, ədəbiyyatın ən durğun vaxtında biz ədəbiyyatı çalxaladıq. Beş dənə ədəbiyyat əlavəsi buraxdıq. İkisində səninlə Samir Sədaqətoğlu idi, qalan üçü isə Yazıçılar ittifaqının xəttini tuturdular. Qəşəm Nəcəfzadə, Əsəd Cahangir.


Murad Köhnəqala: - Belə baxanda bizim tərəfimizi tuturdunuz, amma balansı saxlamaq üçün onlara da yer vermişdiniz.


Aqil Abbas: - Sənə bir şey deyim. Məmməd Araz Cabir Novruz haqqında qəribə bir söz demişdi. O vaxt Cabir Nomruz baş redaktor işləyirdi, Məmməd Araz isə məsul katib idi. Deyirdi, onun yanına ya povestlə, ya şeirlə gələnlərə oxuyub deyirdi ki, xoşuma gəlmədi. Deyirdilər ki, qaytaraq? Cabir müəllim, deyirdi, niyə ki? Mənim xoşuma gəlməyib.qəzet mənim dədəmin deyil ki. Bəlkə sənin, oxucunun xoşuna gəldi? Axı, qəzet təkcə mənim zövqümlə çap olunmur...

İndi mən də xoşuma gəlməsə belə verirəm gənclərin yazısını. Əgər xatırlayırsansa "Ədalət" qəzeti polemika rinqi açmışdı. Kim haqlı, kim haqsız idi, görünürdü. Sonuncu dəfə Anar müəllimlə də görüşəndə dedim ki, vallah, Anar müəllim, AYO-nun heç bir ziyanı olmadı, polemikalar yarandı, mühit qızışdı. Dedi, düz deyirsən. Bəzi təhqiramiz yazıları çıxmaq şərtilə qalanları ədəbiyyata xeyri olan adamlar idi. Şəxsən mən olanda, lap elə Ədalətdə olan da belə, qoymurdum. Deyirdim, bir adam saxlayın da. Yəni bir adama da olsa simpatiyanız qalmayıb? Məsələn, mən rayona gedirdim, qayıdanda görürdüm ki, aləm qarışıb bir-birinə.


Murad Köhnəqala: - Ədalət qəzeti hətta qonorar da verirdi.


Aqil Abbas: - Bəli, bu ondan irəli gəlirdi ki, mən cavanlıqda o əziyyəti görmüşdüm. Bəzən çap olunmaq üçün bir il gözləyirdin, bəzən heç çap eləmirdilər də. Dedim, heç olmasa qoy camaat ürəyini boşaltsın da. Şərait yaradaq, bizim çəkdiyimiz zülmü yaşamasın.

Bir şair mənə kitab gətirmişdi, inanmazsan, 44-cü kitabı çıxmışdı, amma mən onu tanımırdım. Amma Vaqif Səmədoğlunun deyəsən, 4-5 kitabı çıxıb, di gəl ki, ad qazanıb.


Murad Köhnəqala: - Aqil müəllim, bayaq dediyim kitabdan danışım bir az. Kitabın elektron variantı hazırdı. İkinci feysbuk romanıdı. Yeni stildi. 20 yaşlı bir qızla yazışmışam. Bir romanlıq yazışmadı. Yəni bir Azərbaycanlı gənc qızın problemləri haqqında, onun Şərqin və Qərbin gənclərindən fərqi və s. Əvvəlcə icazə vermədi, sonra razılaşdı. Sonra 5 ay İsveç düşərgəsində oldum. Orada başıma nələr gəlib, onları yazmışam.


Aqil Abbas: - Deyirlər ki, bəs, səni göndərmişdilər ki, gedəsən, qalasan, sonra gəlib o düşərgələrin əleyhinə yazasan.


Murad Köhnəqala: - Mən pisləməmişdim, nə görmüşdüm, onu da yazmışdım. Nə üçün getdim, nə üçün qayıtdığımı da yazmışam. Bu da bir kitabdı. Sonra bir proyekt işləmişdim kulisdə. "Dəli dahilər” adlı. Ən maraqlı adamlardan yazılar yığmışdım.


Aqil Abbas: - Onu dəli dahilər yox, qəribə dahilər adlandıraq ...


Murad Köhnəqala: - Bəli. Mən onu kulisə proyekt kimi vermişdim, sonra siyahı uzandı.


Aqil Abbas: - Köşələr yazmırsan?


Murad Köhnəqala: - Yox, köşələri qonorar xatirinə yazıram. Əslində deyim ki, tale məni bu qələmdən asılı eləməsəydi, inan, əlimə qələm almaram.


Aqil Abbas: - Amma yazdıqların qonorar xatirinə yazılanlara oxşamır axı.


Murad Köhnəqala: - Məsələn, kulisə proyekt vermişəm. Heyvanlarla söhbət. Qəbul ediblər, deyiblər yaz gəlsin. Mən də yazmışam.


Aqil Abbas: - Məndə qəzet yaranandan Bayat adlı ədəbiyyat səhifəsi var. Bir Füzulinin şəkli var, bir də Üzeyir Hacıbəyovun. Şənbə günləri buraxırdıq. İndi istəyirəm onu ədəbiyyat saytına çevirim. Düzdür, indi ədəbiyyat saytları və qəzetləri var. Ola bilər ki, səni çağırdım bu yaxında.

Yaxşı, cavanların yazılarına münasibətin necədir?


Murad Köhnəqala: - Çox yaxşı. Bu çətin vəziyyətdə dirənib ədəbiyyat yaratmaq istəkləri əladır. Amma onlarda bir şey çatışmır. Dünya görüşü. Tutaq ki, şeirləri pəncərədən baxmaq, küçə, pişik, it, darıxmaq. Pəncərədən o tərəfə keçə bilmirlər. 

Elə bizim gənc Eminquey yazmışdı ki, darıxıram, burada qalmaqla yazmaq olmur. Mən də ona yazdım ki, bala, bir xarici pasport al, min qatara, get Tiflisə. Orada dostlarım var, tapşıracam, qarşılayacaqlar. Get, bir kənar ölkə də gör də. Sənin qələmin Biləcəridən o tərəfə gedəcək ya yox, o ayrı şeydi, heç olmasa özün get də.


Aqil Abbas: - Elə bil, bir az Qərb ədəbiyyatını çox oxuyurlar, onları təkrarlayırlar.


Murad Köhnəqala: - Deyərdim ki, Türkiyədən təsirlənmə də çoxdur. Türk musiqisində də ağlaşma çoxdur. Kərkük ağlaşmaları və s. Hərdən baxıram ki, bu saytlara da hopub. Hansı saytı açırsan, bəd xəbər, cinayət, qətl. Öz-özümə deyirəm ki, yəni bu ölkədə bir şad xəbər yoxdumu? Bir inək bala vermədimi?

Yaradıcılıqda da elə olmalıdı. Ancaq ağlaşma olmaz axı.

İndiki gənclərin istedadla sızıldamaqlarından canlarını qurtarsalar, yaxşı olar. Dindən arınsalar əla olar. Onsuz da ruhaniyyət hamıda var. Məsələn, Dostoyevskidə də ruhaniyyət var idi, Hüqoda da. Elə biri siz. Dindar deyilsiniz, amma qəlbinizdə ruhaniyyət var.

Hərdən deyirəm ki, bir şey tapıb Aqil Abbasa hücum çəkirlər, Fazil Mustafaya həmçinin. Tanıdıqları fəal deputatlar bunlardı. Deyirəm, bunları niyə söyürsünüz? Nə edirlərsə, bunlar edirlər də.

Bir dəfə Zəlimxan Yaqubla görüşməyə getdim. Bir xeyli adam yığılmışdı şikayət üçün. Bütün deputatlar gəlib keçdilər. Birdən Zəlimxan dedi ki, mənimlə bağlı şikayəti olanlar gəlsin. Hamı axışdı onun yanına. Soruşurdu şikayətini, zəng edirdi, yanına gələn hansı rayondandırsa onun icra başçısına, gələn adamı yaxın qohumu kimi təqdim eləyirdi, onun işini düzəlirdi.


Aqil Abbas: - Zəlimxandan birini də mən danışım. Ağcabədidə Hind arxı deyilən qəsəbə var. Bir dəfə Hind arxlılar qabağımı kəsdi. Dedilər, Aqil müəllim, Zəlimxan gəlmişdi, buranın çayxanasında çay içirdi, hamımız yığışdıq başına, söhbət elədik, çox səmimi adamdı. Onu bir də gətirin, görüşək.

İndi sənə çox suallar verə bilərdim, bu söhbətin oxucusu daha çox olardı. Amma biz bura dava eləməyə gəlməmişik. Dedim, bir söhbətləşək, dərdləşək. Qismət olsun, qarşıdakı günlərdə səninlə bir ədəbiyyat saytı qurub işləyərik.


Murad Köhnəqala: - Çox sağ olun!



Söhbəti qələmə aldı: Emin Akif



İmza:

Seymur Baycan: “Son hekayəmi yazıb ədəbiyyatdan gedirəm” - MÜSAHİBƏ

“Burda peşəkarlıq o qədər yüksək səviyyədədir ki, sən ona çatmaq zorundasan”

“Çörəyini yediyin adam hər zaman haqlıdır” - MÜSAHİBƏ

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARI ÖZLƏRİNİ ÖLÜMÜN İÇİNƏ ATIRLARSA...

Rza Rzayev: “Bizim üçün Sadiqlik ən önəmli dəyərdi”

“Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti

“Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım...” - MÜSAHİBƏ

İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ

Şeyxülislamdan ölkə gündəmini dəyişəcək açıqlamalar: ”Katolikos Qaregin mənə dedi ki... ”

Rafiq Tağının qardaşı : “Onun qətlində şübhələndiyim adamlar var” - - MÜSAHİBƏ

Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı...

Aqil Abbas: “Mənim bir su köşküm də yoxdur, yeganə ağdamlıyam ki, bu işi bacarmıram”

SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK