adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Avqust 2018 15:24
5136
GÜNDƏM
A- A+

“Qaçqınkom”un əməkdaşları Qurban bayramını Cocuq Mərcanlıda qeyd ediblər

Öncə Füzuli rayonunun ərazisində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Şəhidlərin ruhuna ehtiram ifadə edilib.

Adalet.az verir ki, daha sonra Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib.

Görüş klub-icma mərkəzində davam edib. Sonra Komitə əməkdaşları, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri, Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin ailə üzvləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri Cocuq Mərcanlı kəndində inşa edilən Şuşa məscidinin bənzəri olan məscidə baş çəkiblər. Burada kəsilmiş qurban ətindən ehsan verilib, şəhidlərin ruhuna dualar oxunub.

Sonda kənd sakinlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr və qurban payı verilib.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.